• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 30-08-2026 "Pullarımı Zeynəb Həsəni yığır"
  • 30-08-2026 Bakıda aptekdən alınan siropun içindən milçək çıxdı – Video
  • 30-08-2026 Ermənistan itkin azərbaycanlıların dəfn yerləri barədə məlumat verməlidir - Hikmət Hacıyev
  • 30-08-2026 Bu gün Türkiyədə Zəfər Bayramıdır
  • 30-08-2026 Maaş və pensiyalar bu tarixdə artacaq – Rəqəm açıqlandı
  • 30-08-2026 Rusiyanın ən böyük neft zavoduna ağır zərbə: Hərbi aerodrom da vuruldu
  • 30-08-2026 Hava kəskin dəyişir: FHN-dən əhaliyə müraciət
  • 30-08-2026 Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
  • 30-08-2026 "Liverpul"dan "Mançester Siti"yə keçəcək
  • 30-08-2026 "Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasındakı bütün rəqibləri bəlli oldu
  • 30-08-2026 Sabah leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək
  • 29-08-2026 ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?
  • 29-08-2026 Ayın 30-da yağış yağacaq - Proqnoz
  • 29-08-2026 Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
  • 29-08-2026 Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı – Zəngəzur dəhlizinə təhlükə
  • 29-08-2026 Ukraynada nazirlikdən getdi, İtaliyada müdafiə müşaviri oldu – Fyodorova yeni vəzifə
  • 29-08-2026 BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
  • 29-08-2026 Kəmaləddin Heydərovdan yeni təyinat
  • 29-08-2026 Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar – Üstünlükləri nədir? - VİDEO
  • 29-08-2026 44 yaşlı kişi pula görə bazarın ortasında anasını bıçaqladı - VİDEO

XƏBƏRLƏR

    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
    Dünyanın ən çox satılan telefonları açıqlandı
    UEFA Çempionlar Liqası: Əsas mərhələsinin bütün iştirakçıları məlum oldu
    "Qarabağ" Andradenin əmisi oğlunu transfer edir
    "Qarabağ" Bakıda "Tvente" ilə cavab matçına çıxacaq
16-02-2022, 12:48

15-dək İsrail şirkəti Qarabağda layihələrdə iştirak etmək üçün müraciət edib

15-dək İsrail şirkəti Qarabağda layihələrdə iştirak etmək üçün müraciət edib


15-dək İsrail şirkəti Qarabağda layihələrdə iştirak etmək üçün Azərbaycandakı səfirliyə müraciət edib.

Bunu Trend-ə özəl müsahibəsində İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

"Daha çox şirkət isə səfirlik vasitəsilə deyil, birbaşa müraciət edib. Hesab edirəm ki, söhbət "ağıllı" şəhərlərin tikintisindən "yaşıl" enerji, kənd təsərrüfatı, xəstəxana, spa mərkəzi tikintisinədək müxtəlif layihələr üçün müraciət edən onlarla şirkətdən gedir. İndi bizdə fəal özəl sektor var, onlar səfirlikdən asılı olmadan fəaliyyət göstərir", - deyə o bildirib.

Səfir qeyd edib ki, İsrail həmişə Azərbaycanı, xüsusən də ərazi bütövlüyü məsələsində dəstəkləyib.

"Biz şadıq ki, Azərbaycanın Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və dirçəltmək imkanı var. Hesab edirik ki, bu, Azərbaycanın digər ölkələrlə əməkdaşlığı üçün böyük imkanlar yaradır. Həmçinin hesab edirik ki, İsrail su ehtiyatlarının idarə olunması, kənd təsərrüfatı, səhiyyə, innovasiyalar, "ağıllı" şəhərlər, "yaşıl" enerji kimi sahələrdə öz töhfəsini verə bilər. Fikrimcə, İsrailin bu sahələrdə Azərbaycanın yaxşı tərəfdaşına çevrilmək imkanı var", - C.Dik deyib.

Onun sözlərinə görə, hazırda İsrailin özəl sektorunun iştirakı ilə kənd təsərrüfatı sahəsində bir neçə layihə hazırlıq mərhələsindədir.

"Bu layihələrdən birini Zəngilanda reallaşdırmaq planlaşdırılır. Biz onun reallaşdırılması ilə bağlı nikbin əhval-ruhiyyədəyik. Bu layihə yaxın zamanlarda hazırlanacaq. İsrail şirkəti ferma və "ağıllı" kənd yaradıb işə salmağı planlaşdırır. Biz bu sazişləri hökumət xətti ilə bağlamırıq. İsrail şirkətlər Azərbaycandakı tərəfdaşlarımızla birbaşa müqavilərlər imzalayır. Məsələn, Zəngilanda "ağıllı" şəhərin yaradılması ilə bağlı müqaviləyə cavabdeh olan Azərbaycan şirkəti var. Onlar iki özəl şirkət arasında sənədləri imzalalayır. Bu layihə üzrə danışıqlar aparılırdı. Hesab edirəm ki, artıq proses başa çatıb və burada süd istehsalı üçün yüzlərlə və inək və camışın saxlandığı ferma yaradılmalıdır", - deyə o bildirib.

Digər sahələrə gəldikdə, səfir vurğulayıb ki, Ağdamda su sektoru üzrə layihələr mövcuddur və bununla bağlı "Mekorot", "Baran Group" və digər şirkətlərlə danışıqlar aparılıb.

O əlavə edib ki, İsrail şirkətləri həmçinin Qarabağda və Azərbaycanın digər ərazilərində "yaşıl" enerji sahəsində layihələrdə iştirak etməyə hazırdır.

"Hazırda Abşeronda, xüsusilə günəş və külək enerjisi sahələrində İsrail şirkətlərini maraqlandıra biləcək layihələr var. Biz bu sahədə şirkətlər arasında əməkdaşlığı genişləndirməyə çalışırıq. Biz bir şeyi yadda saxlamalıyıq: Qarabağın bərpası Azərbaycan üçün tarixi məqamdır. İsrail uzunmüddətli perspektivdə Azərbaycanla dostluq və tərəfdaşlığı hədəfləyir. Biz İsrail təcrübəsi və dəstəyinin tələb olunacağı bütün sahələrdə Azərbaycana kömək etməyə hazırıq", - səfir deyib.

Azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə bağlı C.Dik bildirib ki, bununla əlaqədar onun Azərbaycan Minatəmizləmə Agentliyində görüşləri olub.

"Bir neçə İsrail şirkəti buraya gələrək agentliklə məsləhətləşmələr keçirib. Bu şirkətlərin nümayəndələri həmin ərazilərdə olub və öz təkliflərini də irəli sürüb", - C.Dik vurğulayıb.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az