ABŞ Prezidenti Co Baydenin ikinci müddətə namizəd olmayacaq".
Bunu ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri kerolin Maloni bildirib. Konqresmen bu barədə "The New York Times"da avqustun 13-də dərc olunmuş müsahibəsində deyib.
Baydenin yenidən seçilmək üçün namizəd olub-olmaması ilə bağlı suala Maloni "Qeyddən kənar deyim, o, yenidən namizədliyini irəli sürmür" cavabını verib. Siyasətçidən səsyama zamanı nə demək istədiyini soruşduqda o, belə cavab verib: "Səsyazmada? Xeyr, bir daha namizəd olmamalıdır".
ABŞ-ın ən yaşlı Prezidenti olan 79 yaşlı Cozef Bayden 2020-ci ildə seçilib. İyulun sonunda Ağ Ev 2024-cü ildə yenidən prezidentliyə namizədliyini irəli sürmək planlarını açıqladyıb. Özü də bu yaxınlarda bildirib ki, seçkidə qalib gələcəyinə ümid edir.