• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 23-11-2026 Xırdalanda mənzil obyektə necə çevrildi? Abşeronda şəhərsalma qaydaları kimlər üçün keçərlidir? – VİDEO
  • 23-11-2026 Eyni mənzili bir neçə nəfərə satdı, həbs olundu - Tanınmış şirkət rəhbəri saxlanıldı
  • 23-11-2026 Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib
  • 23-11-2026 Ölüm, şübhəli əməliyyat və ailəyə təzyiq iddiası!
  • 23-11-2026 "EGE Hospital"dan NARAZILIQ VAR... - edilməyən əməliyyat üçün alınan 6500 manatı qaytarmırlar
  • 23-11-2026 Məktəblərdə payız tətili başa çatdı
  • 23-11-2026 "Hər səhər və axşam təhlükə ilə üzləşirik..." - GİLEY
  • 23-11-2026 Rostovda iki mühüm zavod yanır
  • 23-11-2026 Süni intellektə danışdığınız sirlər satışa çıxarıla bilər - xəbərdarlıq
  • 23-11-2026 ABŞ-da 34 ildən sonra ilk – 173 yer onların oldu
  • 23-11-2026 Tramp Avropa ölkələrinə pullarını Ukraynaya deyil, özlərinə xərcləməyi məsləhət görüb – Kürəkəni
  • 23-11-2026 Hörmüzdən bir gündə 114 gəmi keçib - HESABAT
  • 23-11-2026 Yüksək təzyiqin gizli səbəbi - İnsanlar bundan xəbərsizdir
  • 23-11-2026 Piyada gəzməyin faydası
  • 23-11-2026 Xaçmaz-Quba yolunda qəza - altı nəfər yaralandı
  • 23-11-2026 “Liverpul” “Mançester Yunayted”i darmadağın edib
  • 23-11-2026 İtaliya XİN rəhbərinin Azərbaycana rəsmi səfəri başlayıb
  • 23-11-2026 Elton Hüseynəliyevin qızı İngiltərədə yaşayır
  • 23-11-2026 Premyer Liqada yeni tamaşaçı rekordu
  • 23-11-2026 "Barselona" "Vilyarreal"ı məğlub edib

XƏBƏRLƏR

    Süni intellektə danışdığınız sirlər satışa çıxarıla bilər - xəbərdarlıq
    “Liverpul” “Mançester Yunayted”i darmadağın edib
    Premyer Liqada yeni tamaşaçı rekordu
    "Barselona" "Vilyarreal"ı məğlub edib
    Sevgilisinə 25 minlik çanta almadı - Qız onu blokladı
    "Real" Tibo Kurtuanın müqavilə müddətini uzadıb
    Kristiano Ronaldo karyerasında 986-cı dəfə fərqləndi
    Yeni rekord olacaq: Bütün biletlər satıldı
    "Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
    İnstaqramda hekayələr üçün yeni funksiya
Dünən, 18:23

Xırdalanda mənzil obyektə necə çevrildi? Abşeronda şəhərsalma qaydaları kimlər üçün keçərlidir? – VİDEO

Xırdalanda mənzil obyektə necə çevrildi? Abşeronda şəhərsalma qaydaları kimlər üçün keçərlidir? – VİDEO


Abşeron rayonunda şəhərsalma qaydalarının pozulması, qanunsuz tikinti və yenidənqurma işləri ilə bağlı narazılıqlar səngimək bilmir. Rayonun müxtəlif ərazilərində baş verən tikinti və dəyişikliklər ictimai müzakirələrə səbəb olduğu halda, aidiyyəti qurumların bu hallara münasibəti və nəzarət mexanizmlərinin effektivliyi ilə bağlı suallar getdikcə artır.
Nyus.Az-ın redaksiyasına daxil olan növbəti məlumat isə Xırdalan şəhərində yerləşən AAAF Park Yaşayış Kompleksi ilə bağlıdır.
Belə ki, redaksiyamıza verilən məlumata və təqdim olunan görüntülərə əsasən, yaşayış kompleksinin 6 mərtəbəli binalarından birinin birinci mərtəbəsində yerləşən mənzildə qeyri-yaşayış sahəsinə çevrilmə məqsədilə dəyişiklik işləri aparıldığı iddia olunur.
Məlumata görə, mənzilə əlavə giriş qapısı açmaq məqsədilə binanın divarında kəsinti işləri həyata keçirilib. Aparılan işlər nəticəsində ətraf ərazi toz-dumana bürünüb, yaşayış binasında yaşayan sakinlər üçün narahatlıq doğuran vəziyyət yaranıb.
Burada ortaya kifayət qədər ciddi suallar çıxır: Çoxmənzilli yaşayış binasında mənzilin qeyri-yaşayış obyektinə çevrilməsi hansı əsaslarla həyata keçirilir? Binanın xarici divarında dəyişiklik aparılmasına kim icazə verib? Bu işlər müvafiq layihə və texniki sənədlər əsasında görülürmü?
Təbii ki, söhbət sadəcə bir qapının açılmasından getmir. Çoxmənzilli binalarda hər hansı yenidənqurma və təyinat dəyişikliyi müvafiq qanunvericiliyin tələblərinə uyğun olmalı, binanın konstruktiv təhlükəsizliyi və sakinlərin hüquqları nəzərə alınmalıdır.
Bəs Abşeron Rayon İcra Hakimiyyəti niyə susur?
Məsələ ilə bağlı Nyus.Az redaksiyası Abşeron Rayon İcra Hakimiyyətinə rəsmi sorğu ünvanlasa da, material hazırlananadək redaksiyamıza hər hansı cavab daxil olmayıb.
Digər tərəfdən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də diqqətinə çatdırılmalı olan bu hadisə bir sıra sualları gündəmə gətirir. Görəsən, yaşayış binalarında belə dəyişikliklərin aparılmasına nəzarət hansı qaydada həyata keçirilir? Müvafiq qurumlar bu cür halların qarşısını almaq üçün hansı tədbirləri görürlər?
Xüsusilə Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinin müdiri Kənan Babayevin fəaliyyətinə dair də ictimaiyyətin sualları var. Rayonun müxtəlif ərazilərində tikinti və yenidənqurma işləri ilə bağlı mübahisəli halların gündəmə gəlməsi memarlıq və şəhərsalma nəzarətinin vəziyyətinin araşdırılmasını zəruri edir.
Əlbəttə, hər hansı vəzifəli şəxsin məsuliyyəti barədə konkret nəticəyə gəlmək üçün faktlar, müvafiq sənədlər və rəsmi izahatlar əsas götürülməlidir. Lakin ortaya çıxan sualların cavabsız qalması da problemin həllinə xidmət etmir.
Xırdalan şəhərində yerləşən AAAF Park Yaşayış Kompleksində mənzilin qeyri-yaşayış obyektinə çevrilməsi ilə bağlı iddialara aydınlıq gətirilməli, aparılan işlərin qanuniliyinə hüquqi qiymət verilməlidir.
Nyus.Az olaraq məsələnin araşdırılmasını davam etdirəcəyik. Aidiyyəti dövlət qurumlarının, o cümlədən Abşeron Rayon İcra Hakimiyyətinin və Kənan Babayevin mövqeyini dərc etməyə hazırıq.
Şəhərsalma qaydaları hamı üçün eyni olmalıdır. Əsas sual isə budur: Xırdalanda mənzilin obyektə çevrilməsinə hansı əsasla icazə verilib?
Araşdırmamız davam edir.

Nyus.Az





Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az