
Bakının Nizami rayonu, Kamil Balakişiyev, Nəsimi, Mehdi Abbasov, Əzim Əzimzadə küçələrində sahibsiz itlərə görə səhər və axşam saatlarında hərəkət etmək mümkün deyil.
Bu barədə Pravda.az-a sakinlər məlumat veriblər.
Onlar bildiriblər ki, sürü halında gəzən itlər məktəblilərə, qadınlara hücum edirlər.
“Hər səhər və axşam təhlükə ilə üzləşirik, sürü halında gəzirlər, hücum edirlər. Yaxınlıqda məktəblər, poliklinikalar və digər iaşə obyektləri var, yəni bu ərazi çöllük deyil ki, itlər sürü halında gəzsin... Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılova müraciət etmişik, heç bir tədbir görülməyib. Rayon rəhbərliyi baxmırsa, başqa hansı quruma müraciət edək? Xahiş edirik ki, müraciətimizə uyğun olaraq, sahibsiz itlər küçələrdən müvafiq qaydada kənarlaşdırılsın” – məlumatda qeyd olunub.
Nyus.Az

























