• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 09-11-2026 Vətən müharibəsi iştirakçısı bıçaqlandı
  • 09-11-2026 Ərdoğan Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
  • 09-11-2026 Tehran diplomatiyanı diktə ilə səhv salıb: Azərbaycan İrandan icazə almalı deyil!
  • 09-11-2026 Mərdəkan şossesində qəza baş verdi, yolda sıxlıq yarandı
  • 09-11-2026 Şuşada Azərbaycanla həmrəyliyimizi bir daha nümayiş etdirdik - Ərdoğan
  • 09-11-2026 COP31 Türkiyədə öz işinə başlayıb
  • 09-11-2026 Pensiyalar bu tarixdə ödəniləcək
  • 09-11-2026 Prezident İlham Əliyev Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif edib
  • 09-11-2026 Rusiya və Ukrayna ABŞ-ın vasitəçiliyi ilə danışıqlar aparacaq
  • 09-11-2026 Məşhur türk aparıcı kişi axtarır: “Çox varlı olsun, yaxşı öpməyi bacarsın”
  • 09-11-2026 Həmin ölkələrdən ödəniş tələb etdi: "Tramp olmasaydı, İsrail mövcud olmazdı"
  • 09-11-2026 Füzuli Rzaquliyev vəfat etdi
  • 09-11-2026 Türkiyədə iki yüksək vəzifəli şəxs tutuldu
  • 09-11-2026 İdarə rəisi Qəhrəman Məmmədov özü-özünə sifariş verdi
  • 09-11-2026 Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - (Foto)
  • 09-11-2026 “Eşq olsun Azərbaycan Bayrağına!” - Video
  • 09-11-2026 Azərbaycanda Dövlət Bayrağı Günüdür
  • 08-11-2026 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
  • 08-11-2026 Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
  • 08-11-2026 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan

XƏBƏRLƏR

    “Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
    Avropa Liqası: Kamilo Duran "Beşiktaş"ı xalsız qoydu
    Ağıllı saatlara görə aksiz vergisi alınacaq
    "Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
    "Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
    Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
    İki cüdoçumuz Avropa çempionu olub
    Super Liqa: “Fənərbaxça” turu məğlub başa vurub
    “Yüz faiz cəzalanacaqlar” - Qurban Qurbanov bugünkü dava haqqında
    Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
Bu gün, 15:14

İdarə rəisi Qəhrəman Məmmədov özü-özünə sifariş verdi

İdarə rəisi Qəhrəman Məmmədov özü-özünə sifariş verdi


Bakı Şəhər Fəvvarələrinin İstismar İdarəsi bir mənbədən satınalma metodu ilə 20 min 940 manatlıq müqavilə bağlayıb.

Nyus.A Qaynarinfo-a istinadən xəbər verir ki, dövlət satınalmalarının vahid elektron portalında qalib təchizatçının adı “Vətəndaş” kimi göstərilib.
Portalda yerləşdirilən məlumata əsasən, satınalmanın predmeti icarə xidmətidir. Lakin icarəyə götürülən əmlakın nədən ibarət olduğu və müqavilənin digər şərtləri barədə ətraflı məlumat açıqlanmayıb.Araşdırmamız zamanı müəyyən edilib ki, müqavilənin qarşı tərəfi, yəni “vətəndaş” Məmmədov Qəhrəman Fərman oğludur. Qəhrəman Məmmədov isə Bakı Şəhər Fəvvarələrinin İstismarı İdarəsinin rəisidir. Beləliklə, idarənin rəhbəri eyni zamanda onunla 20 940 manatlıq satınalma müqaviləsi bağlanan fiziki şəxs kimi çıxış edib.Bir mənbədən satınalma hansı əsasla aparılıb?Məsələ qanunvericilik baxımından ciddi suallar doğurur. “Dövlət satınalmaları haqqında” Qanunun 4.1-ci maddəsi dövlət satınalmalarının şəffaflıq, aşkarlıq, ədalətlilik və rəqabətlilik prinsipləri əsasında həyata keçirilməsini tələb edir. Qanunun 49.1-ci maddəsinə görə, bir mənbədən satınalma yalnız konkret hallarda mümkündür. Məsələn, satınalma predmeti yalnız müəyyən təchizatçıda olduqda və onun əvəzedicisi, alternativi mövcud olmadıqda, yaxud qanunda nəzərdə tutulan təcili tələbat və digər xüsusi hallar yarandıqda bu metoda müraciət edilə bilər. Həmin maddənin 49.3 və 49.4-cü bəndlərinə əsasən, satınalma komissiyası seçimini əsaslandırmalı və nəzarət orqanının razılığını almalıdır.Hazırkı halda isə icarə xidmətinin məhz Qəhrəman Məmmədovdan alınmasını zəruri edən səbəblər açıqlanmır. Əmlakın ona məxsus olub-olmaması, alternativ icarə imkanlarının araşdırılıb-araşdırılmaması və bir mənbədən satınalmaya nəzarət orqanının razılıq verib-verməməsi məlum deyil.Digər mühüm məqam maraqlar toqquşmasıdır. Qanunun 6-cı maddəsi satınalma prosesində maraqlar toqquşmasına yol verilməməsini nəzərdə tutur. 6.2.1-ci bəndə əsasən, təchizatçı qismində çıxış edən fiziki şəxs satınalma komissiyasının üzvü, satınalan təşkilatın nümayəndəsi və ya satınalma ilə bağlı digər vəzifələrin icraçısı ola bilməz. Qanunun 9-cu maddəsi isə satınalmalara cəlb olunan vəzifəli şəxslərdən maraqlarını bəyan etməyi və belə toqquşmaların aradan qaldırılmasını tələb edir.Bu baxımdan, idarə rəisinin özü ilə müqavilə bağlanması təkcə etik deyil, hüquqi qiymətləndirmə tələb edən məsələdir. Xüsusilə onun satınalma qərarına, komissiyanın fəaliyyətinə və müqavilənin bağlanmasına təsir imkanlarının olub-olmaması araşdırılmalıdır. Əgər o, öz vəzifə səlahiyyətlərindən istifadə edərək özü ilə müqavilə bağlanmasına şərait yaradıbsa, bu hal qanunvericiliyin maraqlar toqquşmasına dair tələblərinin pozulması kimi qiymətləndirilə bilər.Bakı Şəhər Fəvvarələrinin İstismar İdarəsi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az