• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 09-11-2026 Vətən müharibəsi iştirakçısı bıçaqlandı
  • 09-11-2026 Ərdoğan Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
  • 09-11-2026 Tehran diplomatiyanı diktə ilə səhv salıb: Azərbaycan İrandan icazə almalı deyil!
  • 09-11-2026 Mərdəkan şossesində qəza baş verdi, yolda sıxlıq yarandı
  • 09-11-2026 Şuşada Azərbaycanla həmrəyliyimizi bir daha nümayiş etdirdik - Ərdoğan
  • 09-11-2026 COP31 Türkiyədə öz işinə başlayıb
  • 09-11-2026 Pensiyalar bu tarixdə ödəniləcək
  • 09-11-2026 Prezident İlham Əliyev Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif edib
  • 09-11-2026 Rusiya və Ukrayna ABŞ-ın vasitəçiliyi ilə danışıqlar aparacaq
  • 09-11-2026 Məşhur türk aparıcı kişi axtarır: “Çox varlı olsun, yaxşı öpməyi bacarsın”
  • 09-11-2026 Həmin ölkələrdən ödəniş tələb etdi: "Tramp olmasaydı, İsrail mövcud olmazdı"
  • 09-11-2026 Füzuli Rzaquliyev vəfat etdi
  • 09-11-2026 Türkiyədə iki yüksək vəzifəli şəxs tutuldu
  • 09-11-2026 İdarə rəisi Qəhrəman Məmmədov özü-özünə sifariş verdi
  • 09-11-2026 Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - (Foto)
  • 09-11-2026 “Eşq olsun Azərbaycan Bayrağına!” - Video
  • 09-11-2026 Azərbaycanda Dövlət Bayrağı Günüdür
  • 08-11-2026 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
  • 08-11-2026 Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
  • 08-11-2026 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan

XƏBƏRLƏR

    “Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
    Avropa Liqası: Kamilo Duran "Beşiktaş"ı xalsız qoydu
    Ağıllı saatlara görə aksiz vergisi alınacaq
    "Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
    "Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
    Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
    İki cüdoçumuz Avropa çempionu olub
    Super Liqa: “Fənərbaxça” turu məğlub başa vurub
    “Yüz faiz cəzalanacaqlar” - Qurban Qurbanov bugünkü dava haqqında
    Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
Bu gün, 15:44

Tehran diplomatiyanı diktə ilə səhv salıb: Azərbaycan İrandan icazə almalı deyil!

Tehran diplomatiyanı diktə ilə səhv salıb: Azərbaycan İrandan icazə almalı deyil!


Bəzən bircə bəyanat bütöv bir diplomatik mövqenin nə qədər məntiqsiz olduğunu üzə çıxarır. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayinin Azərbaycanın 14 İran vətəndaşını arzuolunmaz şəxs elan etməsinə münasibəti məhz belə təəssürat yaradır.

Bəqayi qərarın əsassız olduğunu bildirmək üçün qəribə arqument gətirib: həmin şəxslər diplomat deyillər və indiyədək Azərbaycan ərazisində olmayıblar.

Məgər dövlətin öz təhlükəsizliyini qorumaq hüququ əcnəbinin diplomatik statusundan asılıdır? Yaxud kimsə mütləq ölkəyə daxil olub təhlükə yaratmalıdır ki, dövlət onun girişini qadağan edə bilsin?

Tehranın məntiqindən belə çıxır ki, Azərbaycan potensial təhlükənin reallaşmasını gözləməlidir.

Bağışlayın, amma bunun diplomatiya ilə əlaqəsi yoxdur. Bu, siyasi absurdluqdur!

Suveren dövlət öz ərazisinə kimin buraxılacağını müstəqil müəyyənləşdirir. Bu hüquq əvvəllər ölkəyə səfər etməmiş şəxslərə də şamil olunur. Belə elementar həqiqətləri İran diplomatiyasına xatırlatmaq məcburiyyətində qalmaq təəccüblüdür.

Lakin məsələnin daha ciddi tərəfi Tehranın nümayiş etdirdiyi ikili standartlardır.

İdeoloji nəzarəti dövlət siyasətinin əsas dayaqlarından birinə çevirmiş İran indi söz azadlığının müdafiəçisi rolunda çıxış edir.

Ölkə daxilində siyasi müxalifətə sərt münasibət göstərən, hakimiyyəti tənqid edənləri təhlükəsizlik adı altında təqib edən bir sistem Azərbaycana qarşı kampaniyaları guya müstəqil fikir ifadəsi kimi təqdim edir.

Öz vətəndaşları üçün sərt nəzarət, qonşu dövlətə qarşı çıxış edənlər üçün isə sərhədsiz azadlıq!

Məgər bu, siyasi riyakarlıq deyil?

İranın siyasi, dini və informasiya dairələrindən Azərbaycana qarşı mütəmadi düşmənçilik bəyanatları səslənirsə, haqlı sual yaranır: daxili siyasi proseslərə ciddi nəzarət edən Tehran niyə məhz anti-Azərbaycan ritorikası qarşısında belə aciz görünür?

Əlbəttə, bütün bu çıxışların vahid mərkəzdən idarə olunduğunu sübutsuz iddia etmək olmaz. Amma həmin kampaniyalara şərait yaradan siyasi mühitin məsuliyyəti barədə sual vermək tamamilə qanunidir.

Xüsusilə söhbət adi tənqiddən deyil, Azərbaycanın konstitusiya quruluşuna, ərazi bütövlüyünə və təhlükəsizliyinə qarşı yönəlmiş çağırışlardan gedirsə.

Fikir azadlığı qonşu dövlətə qarşı təxribat və zorakılıq çağırışlarına bəraət qazandırmır.

Bəs niyə Tehran özünə qarşı təhlükə saydığı fəaliyyəti məhdudlaşdırmağı təbii hesab edir, Azərbaycan eyni hüquqdan istifadə edəndə isə hiddətlənir?

İran rəhbərliyinə Azərbaycanın təhlükəsizlik siyasətinin sərhədlərini müəyyənləşdirmək səlahiyyətini kim verib?

Heç kim!

Buna baxmayaraq, Azərbaycanın səfiri İran XİN-ə çağırılıb, rəsmi etiraz bildirilib, növbəti addımlarla bağlı xəbərdarlıq edilib.

Görünür, Tehran qonşularına irad tutmağa o qədər alışıb ki, onların müstəqil qərarlarını özünə qarşı hörmətsizlik saymağa başlayıb.

Amma Azərbaycan nə İranın əyalətidir, nə də siyasi protektoratı!

Bakı öz sərhədlərini qorumaq, milli təhlükəsizliyini təmin etmək və konstitusiya quruluşunu müdafiə etmək üçün Tehrandan razılıq almağa borclu deyil.

Əgər İran mehriban qonşuluğu Azərbaycanın öz maraqlarından imtinası kimi başa düşürsə, problem Bakıda deyil, Tehranın siyasi təfəkküründədir.

Əsl qonşuluq münasibətləri qarşılıqlı hörmətə, suverenliyin tanınmasına və daxili işlərə müdaxilə edilməməsinə əsaslanır.

İran XİN isə Azərbaycanın qərarından hiddətlənmək əvəzinə başqa sual üzərində düşünməlidir: münasibətlər niyə o həddə çatıb ki, Bakı 14 İran vətəndaşı barədə belə tədbir görməyi zəruri sayıb?

Diplomatik etiraz siyasi məsuliyyəti aradan qaldırmır. Hədə-qorxu etimad yaratmır, təkəbbür isə dövlətə nüfuz qazandırmır.

Tehran bir həqiqətlə barışmalıdır: Azərbaycanın suverenliyi İranın razılığından asılı deyil. Bakı öz milli maraqlarını Tehranın narazılığına baxmayaraq müdafiə edəcək!

Elçin Alıoğlu

Milli.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az