
Paytaxtın Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Nyus.Az xəbər verir ki, hadisə Mərdəkan şossesində qeydə alınıb. Qəza səbəbindən paytaxtın mərkəzi istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, hazırda polis əməkdaşları sıxlığın aradan qaldırılması istiqamətində zəruri tədbirlər görür.
Nyus.Az

























