
Britaniya Baş naziri Endi Börnhem sentyabr ayında BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a səfər etmək niyyətindədir.
Nyus.Az xəbər verir ki, məlumatı Baş nazir özü Bloomberg-ə verdiyi müsahibədə açıqlayıb: “Sentyabr ayında Nyu-Yorka getməyi səbirsizliklə gözləyirəm".
Sentyabrın sonunda Nyu-York şəhərində BMT-nin qərargahında BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi keçiriləcək. Bu, Börnhemin Britaniya Baş naziri kimi ABŞ-a ilk səfəri olacaq.
Agentliyin məlumatına görə, ABŞ-da Britaniya Baş naziri ABŞ Prezidenti Donald Trampı qışdan əvvəl Kiyevə Amerika Patriot hava hücumundan müdafiə sistemi üçün tutucu raketlər verməyə inandırmağa çalışacaq.
Britaniya Baş naziri həmçinin agentliyə bildirib ki, Avropa liderləri BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi zamanı Kiyevə yardım göstərmək üçün "könüllülər koalisiyası"nın iclasını keçirməyi düşünürlər. "Bu, hələ təsdiqlənməyib, lakin əksəriyyət buna meyllidir", - deyə o bildirib. (Musavat.com)
Nyus.Az

























