• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 20-08-2026 Lisey və gimnaziyalara şagirdlərin sənəd qəbulu başladı
  • 20-08-2026 TƏCİLİ! Azərbaycanlıların olduğu gəmiyə PUA HÜCUMU edildi
  • 20-08-2026 Pensiya təyinatı ilə bağlı vacib məlumat
  • 20-08-2026 ABŞ Ordusu Hörmüzdə yeni neft ixracı yolu yaradıb – Sxem açıldı
  • 20-08-2026 Kiyevə dəhşətli hücum: Çox sayda ölən və yaralı var
  • 20-08-2026 Deputatdan SON DƏQİQƏ Böyük Qayıdış AÇIQLAMASI
  • 20-08-2026 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
  • 20-08-2026 Azərbaycan güləşçisi Ayxan Cavadov U-20 dünya çempionatında qızıl medal qazanıb
  • 20-08-2026 "Goal" nəşri "Sabah"ın ulduzundan yazdı
  • 20-08-2026 Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR
  • 20-08-2026 Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir - XİN
  • 20-08-2026 Ermənistan yaxın 5 ildə Azərbaycanla ticarət əlarəqələri qurmağı planlaşdırır
  • 20-08-2026 O da “Fənərbağça”dan ayrıldı
  • 20-08-2026 Gəncədə 25 yaşlı kişi meyiti tapıldı
  • 20-08-2026 Pensiya kapitalı ilə bağlı vətəndaşları sevindirəcək təklif
  • 20-08-2026 Bakıda ən çox bina bu rayonda söküləcək
  • 20-08-2026 ”Tarkanın Azərbaycan konsertindən sonra ulduz olmağa qərar verdim”
  • 20-08-2026 Azərbaycan kartof ixracından 30 milyon dollara yaxın gəlir əldə edib
  • 19-08-2026 Hikmət Mustafayevə yüksək vəzifə verildi
  • 19-08-2026 Bu xəstəxananın baş həkimi işdən çıxarıldı

XƏBƏRLƏR

    Azərbaycan güləşçisi Ayxan Cavadov U-20 dünya çempionatında qızıl medal qazanıb
    "Goal" nəşri "Sabah"ın ulduzundan yazdı
    O da “Fənərbağça”dan ayrıldı
    Yutubda baxış qaydası dəyişir
    “Nyukasl” gürcü futbolçu üçün 47 milyon funt təklif edəcək
    “Qarabağ” çempionata qələbə ilə başladı
    Lamin Yamalın rekordunu yenilədi
    PSJ Superkubokunda matçında uduzdu
    Azərbaycan güləşçisi dünya çempionatının finalında
    "Neftçi" "Sumqayıt"a, "Zirə" "Şəfa"ya qalib gəldi
Bu gün, 09:14

Pensiya kapitalı ilə bağlı vətəndaşları sevindirəcək təklif

Pensiya kapitalı ilə bağlı vətəndaşları sevindirəcək təklif


"Hazırda pensiya kapitalı ən çox müzakirə olunan məsələlərdən biridir. Milli Məclisin Əmək və sosial siyasət komitəsində təkliflər təqdim olunub ki, vətəndaş dünyasını dəyişdiyi halda onun topladığı pensiya kapitalının müəyyən hissəsi, ən azı 30 faizi varisin hesabına köçürülsün və varis həmin vəsaitdən istifadə edə bilsin".

Nyus.Az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, burada iki əsas məsələ var: pensiya kapitalından istifadə imkanlarının genişləndirilməsi və vətəndaş dünyasını dəyişdikdən sonra həmin kapitalın taleyi:

"Hazırda vətəndaş pensiya aldığı dövrdə dünyasını dəyişərsə, müəyyən hallarda onun həyat yoldaşı və ya qanunvericilikdə nəzərdə tutulan şərtlərə cavab verən övladları pensiya ödənişindən yararlana bilirlər. Lakin pensiya kapitalı ilə bağlı yanaşma fərqlidir.

Bu istiqamətdə müxtəlif ölkələrin təcrübələri də araşdırılıb. Məsələn, Sinqapur və Qazaxıstanda pensiya kapitalından pensiya yaşına çatmadan müəyyən məqsədlər üçün istifadə imkanları mövcuddur. Bu vəsait daşınmaz əmlakın alınmasına, kreditlərin ödənilməsinə və ya təhsil xərclərinə yönəldilə bilər. Müxtəlif ölkələrdə bununla bağlı fərqli modellər tətbiq olunur.

İnkişaf etmiş ölkələrin təcrübəsində diqqətçəkən məqamlardan biri də minimum və orta pensiya kapitalı anlayışlarının mövcudluğudur. Təklifimiz ondan ibarətdir ki, Azərbaycanda da orta pensiya kapitalı anlayışı qanunvericiliyə daxil edilsin. Vətəndaş minimum və orta pensiya kapitalını təmin etdikdən sonra ondan artıq topladığı vəsaitdən pensiya yaşına çatmadan müəyyən istiqamətlər üzrə istifadə edə bilsin.

Burada əsas məqsəd həm vətəndaşın pensiya təminatını qorumaq, həm də onun topladığı vəsaitdən daha çevik şəkildə yararlanmasına imkan yaratmaqdır".

Vüqar Bayramov həmçinin qeyd edib ki, digər mühüm məsələ isə pensiya yaşına çatmadan dünyasını dəyişən şəxslərin pensiya kapitalının varislərinə ötürülməsidir:

"Hesab edirəm ki, belə hallarda pensiya kapitalının müəyyən hissəsinin varisin hesabına köçürülməsi məqsədəuyğun olardı. Çünki vətəndaş uzun illər ərzində topladığı vəsaitdən özü istifadə edə bilmirsə, onun varislərinin həmin kapitaldan yararlanması həm sosial, həm də iqtisadi baxımdan əhəmiyyətlidir. Bu, eyni zamanda vətəndaşın pensiya kapitalına gələcək üçün bir yığım kimi yanaşmasını təmin edə bilər.

Belə bir mexanizm insanların rəsmi əmək münasibətlərində marağını da artıra bilər. Vətəndaş anlayar ki, əmək müqaviləsi ilə işləyərək topladığı pensiya kapitalı yalnız onun gələcək pensiya təminatına deyil, dünyasını dəyişəcəyi halda ailəsinə və övladlarına da fayda verə bilər.

Bu baxımdan, insanların əmək müqaviləsinin rəsmiləşdirilməsində və gəlirlərinin tam göstərilməsində marağı arta bilər. Pensiya kapitalının müəyyən hissəsinin varislərə ötürülməsi həm sosial ödənişlərə marağı, həm də rəsmi məşğulluğu stimullaşdıra bilər".(Milli.az)

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az