• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 28-10-2026 Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
  • 28-10-2026 Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - VIDEO
  • 28-10-2026 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
  • 28-10-2026 Kəmaləddin Heydərov Ramin Orucova vəzifə verdi
  • 28-10-2026 Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
  • 28-10-2026 Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
  • 28-10-2026 Dollar alıb-satanlara xəbərdarlıq: Limit və şəxsiyyət vəsiqəsi tələbi
  • 28-10-2026 Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum edilir
  • 28-10-2026 Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
  • 28-10-2026 Yevlaxdakı qəzada ölənlərin kimliyi məlum oldu - Yenilənib
  • 28-10-2026 Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq
  • 28-10-2026 Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib
  • 28-10-2026 "3 aya 38 milyon avro qazanıblar" - Yusif Eyvazov teatr və keçmiş xanımından danışdı
  • 27-10-2026 Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
  • 27-10-2026 Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
  • 27-10-2026 Penitensiar Xidmətin yeni rəisi kimdir? - Dosye
  • 27-10-2026 Penitensiar xidmətə yeni rəis təyin edildi
  • 27-10-2026 Mirsaleh Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib
  • 27-10-2026 Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO
  • 27-10-2026 Tramp Yaxın Şərqdə “barıt çəlləyi”ni niyə “partladır”: Savaşın “ikinci dalğa”sı dunyaya daha dağıdıcı zərbələr vuracaq

XƏBƏRLƏR

    Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
    Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
    Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
Bu gün, 05:46

Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq

Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq


Oktyabrın 30-da Bakıda başlayacaq "Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy" (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalı artıq ikinci ildir təşkil olunur. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən festivalın sərgi proqramı müxtəlif bədii yanaşmaları, nəsilləri və coğrafiyaları bir araya gətirərək tamaşaçılara yaddaş, mədəni irs, təbiət, biomüxtəliflik, kimlik və gələcək kimi mövzular ətrafında düşünmək imkanı yaradacaq.

"Art Weekend" zamanı müxtəlif məkanlarla yanaşı, Heydər Əliyev Mərkəzində rəsmi açılış tədbiri və bir neçə sərginin təqdimatı olacaq.

"Böyük beşlik" incəsənət əsərləri ilk dəfə Heydər Əliyev Mərkəzində

Budəfəki "Art Weekend"in sərgi proqramının mühüm istiqamətlərindən biri "Qafqazın Böyük Beşliyi" (Big Five of the Caucasus) mövzusudur. Qafqazın təbiəti və biomüxtəlifliyinə həsr olunan layihələrdə heyvanlar yalnız təbiətin bir hissəsi kimi deyil, həm də mədəni yaddaşın, mifologiyanın və kollektiv kimliyin daşıyıcıları kimi təqdim edilir.

Heydər Əliyev Mərkəzindənümayiş olunacaq "Təbiət danışanda. Varislər" (When nature speaks. Heirs) adlı layihə təbiət, irs və insan məsuliyyəti mövzularını araşdıran müasir incəsənət sərgisidir.

Qafqazın "Böyük Beşliyi" - Qafqaz bəbiri, qonur ayı, boz canavar, şah qartalı və ceyran sərginin konseptual əsasını təşkil edərək, "biz özümüzdən sonra necə bir təbii dünya qoyub gedəcəyik?" sualına diqqəti çəkir.

Ekspozisiyada müxtəlif formalarda təqdim olunan bu heyvanlar sadəcə vəhşi təbiət təsvirləri kimi qəbul edilmir. "Böyük Beşlik" festivalın bədii proqramının əsas rəmzlərinə çevrilərək təbiət, mədəni yaddaş, mifologiya, kimlik və gələcək nəsillər haqqında düşünmək üçün yeni perspektiv yaradacaq.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ideyası əsasında hazırlanan sərgi insanlarla təbiət arasındakı əlaqəni, bir-biri ilə sıx bağlı olan irs, məsuliyyət, yaddaş və seçim kimi anlayışları tədqiq edir.

Sərgi instalyasiya, heykəltaraşlıq, keramika, tekstil və müxtəlif materialların birləşdirildiyi qarışıq texnikalarda çalışan rəssam və sənətçiləri bir araya gətirəcək.

Sərgidəki əsərlər məhz Bakıdakı incəsənət həftəsonu çərçivəsində ilk dəfə geniş ictimaiyyətə təqdim olunacaq.

"Böyük Beşlik" və onun təbiətdən sənətə olan səyahətinin bədii interpretasiyalarından biri də "Əfsanəvi varlıqlar: Azərbaycanın heyvanlar aləmi" (Legendary Creatures: An Azerbaijani Bestiary) layihəsidir. Oktyabrın 30-da Heydər Əliyev Mərkəzinin park ərazisində təqdim olunacaq layihə Azərbaycan folklorundakı mifoloji varlıqları "Böyük Beşlik" ilə əlaqələndirir. Burada heyvanlar yerli bilik, folklor və incəsənət yaddaşının daşıyıcıları kimi təqdim olunur, onların gələcək nəsillər üçün qorunmasının vacibliyi vurğulanır.

Ümumilikdə 6 rəssamın 6 əsəri - xalça kompozisiyası, heykəltaraşlıq əsəri, fotoəsər, metal kompozisiya, qarışıq kompozisiya sərgilənəcək.

Ekspozisiyadakı bütün əsərlər məhz "Art Weekend" çərçivəsində ilk dəfə geniş ictimaiyyətə təqdim ediləcək.


Çinli rəssamın qeyri-adi rəsmləri Heydər Əliyev Mərkəzində sərgilənəcək

Festivalın ilk günündə Heydər Əliyev Mərkəzində açılacaq daha bir ekspozisiya çinli rəssam Canq Cinin (Zhang Ji) sərgisi olacaq. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq "Həqiqət dərisi" (The skin of truth) adlı sərgi "Baku Art Weekend" və "JD Malat Gallery"nin birgə layihəsidir. Ekspozisiya müxtəlif mədəniyyətlərin memarlıq ənənələrini müasir rəngkarlıqla birləşdirəcək. Sərgidə rəssamın "Həqiqət dərisi" və "Ultima" silsilələrindən əsərləri yer alacaq. Məscid, sinaqoq, katolik kilsə, hindu və buddist məbədlərinin naxışlarından ilhamlanan Canq Cin onları müasir rəngkarlıq dili ilə yenidən şərh edir.

Bakı ekspozisiyasında nümayiş olunacaq əsərlər İspaniyanın Kordova Böyük Məscidi, Əlhambra sarayı kimi məşhur memarlıq abidələrinin təsiri ilə yaradılıb.

"Azərbaycan həmişə Şərq və Qərb sivilizasiyalarının qovuşduğu məkan olub. Ölkənizin bu zəngin mədəni sintezi uzun müddətdir diqqətimi çəkir və məndə böyük maraq doğurur. Əsərlərimi "Art Weekend 2026" çərçivəsində məhz burada təqdim etmək mənim üçün çoxdan arzuladığım bir an və yaradıcılıq karyeramda mühüm mərhələdir"- deyə rəssam bildirib.

Canq Cinin rəsm texnikası da fərqlidir. O, boyanı kətana fırça əvəzinə şprislə çəkir. Bu üsulla yaranan qabarıq səthlər əsərlərə barelyef heykəltaraşlığını xatırladan görünüş verir.

Canq Cinin əsərləri indiyədək ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Fransa, İspaniya, İsveçrə, Səudiyyə Ərəbistanı, Türkiyədə və s. nümayiş olunub və beynəlxalq kolleksiyalara daxil edilib.

Oktyabrın 30-da Heydər Əliyev Mərkəzində təqdim olunacaq daha bir layihə tanınmış amerikalı rəssam Cudi Çikaqoya (Judy Chicago) aiddir.

Onun "Qadınlar dünyanı idarə etsəydilər..." (What If Women Ruled the World?) adlıart-layihəsi regionda ilk dəfə nümayiş olunacaq.

Əsər xatirələrin, hekayə danışmağın və kollektiv özünüifadənin bir vasitəsidir. Layihə 2022-ci ildən etibarən ABŞ, Almaniya, Argentina, Böyük Britaniya, Fransa, Hindistan, Meksika, Niderland və Türkiyəni əhatə edən qlobal bir arxiv formalaşdırıb. Bakıda ziyarətçilər interaktiv səsyazma kabinəsində sualları cavablandıraraq əsərin növbəti mərhələsinin bir hissəsinə çevrilə biləcəklər.

Pistolettonun güzgü və süni intellekti birləşdirən əsəri Heydər Əliyev Mərkəzində

Oktyabrın 30-da Heydər Əliyev Mərkəzində "Art Weekend"in daha bir layihəsi - italiyalı sənətçi Mikelancelo Pistolettonun (Michelangelo Pistoletto) "Əbədiyyət güzgüsü" (Mirror of Eternity) əsəri təqdim olunacaq.

Layihə rəssamın güzgü motivi ilə uzunmüddətli yaradıcılıq araşdırmasının davamıdır. Pistoletto yaradıcılığı boyunca tamaşaçını sənət əsərinin bir hissəsinə çevirmək üçün güzgüdən istifadə edib. "Əbədiyyət güzgüsü" rəqəmsal dövrün imkanları əsasında süni intellekt vasitəsilə insan portretlərini birləşdirərək əvvəllər mövcud olmayan yeni simalar yaradır. İştirakçı öz portretini sistemə yükləyir, sistem isə onu başqa bir insanın portreti ilə birləşdirərək yeni obraz formalaşdırır. Beləliklə, bu süni yaradılışda nəsildən-nəslə davam edən daimi yenilənmə əks olunur. Layihə insan, yaddaş, texnologiya və daim yenilənən həyat anlayışları arasındakı əlaqəni araşdırır.

"Əbədiyyət güzgüsü" beynəlxalq miqyasda, o cümlədən Mayami-Biçdəki The Bass İncəsənət Muzeyində, 2026-cı ilin fevral ayında Nyu-Dehlidə keçirilən Hindistan İncəsənət Sərgisində (India Art Fair) təqdim edilib.

Milli.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az