
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib və onun yerinə bu vəzifəyə Sahib Cəlil oğlu Rzayev təyin edilib.
Nyus.Az Sahib Cəlil oğlu Rzayevin dosyesini təqdim edir:
S.Rzayev 1977-ci ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsini, 2011-ci ildə isə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə əlavə təhsili fərqlənmə ilə bitirib.
2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində şöbə, idarə və baş idarə rəisi vəzifələrində çalışıb. 2025-ci ilin yanvar ayından Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində işləyib. Daha sonra o, Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin olunub.(Milli.az)
Nyus.Az

























