• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 04-06-2026 Natiq Əliyevin müəmmalı iş qrafiki: Bir gündə həm Naxçıvanda, həm Bakıda?
  • 04-06-2026 Azərbaycanda neftçini süründürən SOCAR əcnəbiyə ƏN ÇOX MAAŞI VERİR - BU DA FAKT...
  • 04-06-2026 ABŞ Tayvanla bağlı Çinlə heç bir məsləhətləşmə aparmır - Rubio
  • 04-06-2026 Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
  • 04-06-2026 Saat 10:00-da bu ərazilərdə işıq KƏSİLƏCƏK
  • 04-06-2026 Maşınla yola çıxanlar mütləq OXUSUN - 11 küçədə…
  • 04-06-2026 Xəzərdə zəlzələ oldu
  • 04-06-2026 Tələbələrə "süni intellektdən istifadə etməyin" deyən akademik məqaləni süni intellektə yazdırdı
  • 04-06-2026 Azərbaycan millisi finalda - Avropa çempionatı
  • 04-06-2026 İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
  • 04-06-2026 Narkotik istifadə edirlərmiş
  • 03-06-2026 Prezident Mərkəzi Bankın yeni binasının açılışında - FOTOLAR
  • 03-06-2026 Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...
  • 03-06-2026 "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
  • 03-06-2026 51 min şəxs imtahan verəcək - Bazar günü
  • 03-06-2026 Ölkədə məktəblər sentyabrın 1-i başlayacaq? - Məsələ GÜNDƏMDƏ
  • 03-06-2026 Belə yay OLMAYACAQ - XƏBƏRDARLIQ
  • 03-06-2026 Ağdaşda ağır qəza: Ölən və yaralanan var
  • 03-06-2026 50 qramı belə təhlükəlidir - Yeməyin
  • 03-06-2026 Neft bazarında gözlənilməz yüksəliş: Görün neçə dollara qalxdı

XƏBƏRLƏR

    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
    İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
    "Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
    Dünyanın ən dəyərli klubları bilindi
    Cüdoçumuz Avropada qızıl medal qazandı
    Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
    Azərbaycan U-21 millisində dəyişiklik
    Dünyanın ən bahalı futbol klublarının reytinqi açıqlandı
28-03-2025, 11:12

Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları peşə bayramlarını qeyd edir

Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları peşə bayramlarını qeyd edir


Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 106-cı ildönümü tamam olur.

Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılmasından götürür.

Ümummilli Lider Heydər Əliyevin 1997-ci il 23 mart tarixli Sərəncamına əsasən, hər il martın 28-i təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.

Belə ki, 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsi təşkil edilib. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra isə onun qardaşı Nağı Şeyxzamanlı olub.

Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (ÇK) adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının (NKVD) tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. Yetmiş illik sovet hakimiyyəti dövründə respublikamızda fəaliyyət göstərən dövlət təhlükəsizliyi orqanının vəzifəsi, əsasən mövcud quruluşu qorumaq, sovet ideologiyasına zidd düşüncə tərzinin yayılmasının qarşısını almaq olub.

Xüsusi xidmət orqanında milli kadrların yüksək vəzifə tutmasına uzun müddət imkan verilmirdi. Bu stereotip yalnız Ulu Öndər Heydər Əliyev Azərbaycan təhlükəsizlik orqanına rəhbər təyin olunduqdan sonra dəyişdi. Gənc yaşlarından yüksək intellekti, təşkilatçılıq və idarəçilik bacarığı, fitri kəşfiyyatçı istedadı ilə böyük nüfuz və etimad qazanan Heydər Əliyev bu mühüm dövlət orqanında milli kadrların sayının artırılmasına, onların irəli çəkilməsinə, eyni zamanda, azərbaycançılıq ruhunun bərqərar edilməsinə nail oldu.

Ulu Öndərin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində tamamilə yeni mərhələ başlandı. Ömrünün 25 ilini təhlükəsizlik orqanlarında fəaliyyətə həsr etmiş Ümummilli Lider Heydər Əliyev o illər ərzində təhlükəsizlik sistemində əsaslı dönüş yaradıb, milliləşdirmə siyasətinin əsasını qoyub və bu məqsədə nail olub. Bu siyasət sonralar müstəqil Azərbaycanda sabitliyin bərqərar olmasında müstəsna rol oynayıb.

Dahi rəhbərin təhlükəsizlik təşkilatında əsasını qoyduğu peşəkarlıq məktəbi hazırda da layiqincə davam etdirilir. Ulu Öndərin xüsusi xidmət orqanlarının səmərəli fəaliyyəti üçün müəyyənləşdirdiyi meyarlar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti tərəfindən daim rəhbər tutulur.

Dövlət təhlükəsizliyi sahəsində ciddi keyfiyyət dəyişikliklərinə nail olunması Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Dövlətimizin başçısı təhlükəsizlik məsələsinə hər zaman kompleks və sistemli yanaşıb, bu məqsədlə əsaslı struktur islahatları aparılıb. Bu islahatlar sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti yeni müstəviyə qalxıb. Azərbaycan Prezidentinin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq onun əsasında DTX-nin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmağa, bu fəaliyyəti yeni dövrün tələblərinə uyğunlaşdırmağa və dövlət idarəetmə strukturunu təkmilləşdirməyə yönəlib. Bu islahatlar antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanda sabitliyin təmin olunmasına, ölkəmizə qarşı yönələn terror-təxribat, kəşfiyyat-pozuculuq əməlləri ilə mübarizə tədbirlərinin daha da gücləndirilməsinə geniş imkanlar açıb. Təsadüfi deyil ki, son illərdə terrorçuluq fəaliyyəti ilə məşğul olan onlarla silahlı dəstə zərərsizləşdirilib. Transmilli cinayətkarlıqla mübarizə sahəsində də ciddi nailiyyətlər qazanılıb. Ölkə ərazisindən tranzit daşınması planlaşdırılan tonlarla narkotik vasitələrin qaçaqmalçılığının qarşısı alınıb, kibertəhlükəsizliyin təmin olunması istiqamətində bir sıra uğurlu əməliyyatlar həyata keçirilib.

Azərbaycan dövlətinin təhlükəsizlik orqanlarına göstərdiyi yüksək diqqət və qayğı ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qorunmasına, xalqımızın təhlükəsizliyinin daha etibarlı müdafiəsinə xidmət edir.

Ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş Azərbaycanın təhlükəsizlik orqanları peşə bayramlarını bu il də böyük şövqlə qeyd edirlər. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vurulmasında və şanlı Zəfərin qazanılmasında, 2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirlərində, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizliyin etibarlı təmin olunmasında Azərbaycanın xüsusi xidmət orqanlarının özünəməxsus payı var.

Onu da qeyd edək ki, DTX-nin əməkdaşlarının Vətən müharibəsində tarixi Qələbənin qazanılmasına verdikləri töhfələrə həsr edilmiş "Görünməyən qəhrəmanlar" və "Qartal zirvədə", həmçinin Azərbaycan təhlükəsizlik orqanlarının 105 illik tarixindən bəhs edən "Xüsusi xidmət" adlı sənədli filmləri çəkilib.

Müharibənin başa çatmasından və lokal xarakterli antiterror tədbirlərindən sonra da təhlükəsizlik orqanları işğaldan azad olunan ərazilərdə hazırda xidməti fəaliyyətlərini uğurla davam etdirirlər.

Azərbaycanın Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərmiş və terrorçuluq əməlləri törətmiş qondarma rejimin rəhbərləri məhz DTX-nin həyata keçirdiyi tədbirlər nəticəsində tutularaq cinayət məsuliyyətinə cəlb olunub. Terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, Azərbaycan Respublikası və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı DTX-nin İstintaq baş idarəsində cinayət işinin istintaqı aparılıb.

Hazırda təhlükəsizlik orqanlarına əməliyyat-xidməti fəaliyyətlərini daha səmərəli və peşəkar şəkildə həyata keçirə bilmələri üçün hərtərəfli şərait yaradılır, yeni inzibati binalar tikilərək istifadəyə verilir, maddi-texniki təchizat davamlı təkmilləşdirilir, şəxsi heyətin sosial təminatı gücləndirilir. Bütün bunlar, Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan təhlükəsizlik orqanlarına qayğısının əyani təzahürüdür.

2023-cü il noyabrında Prezident İlham Əliyevin iştirakı ilə DTX-nin yeni inzibati binalarının açılışı olub. Burada əməkdaşların xidməti fəaliyyətlərini səmərəli həyata keçirmələri üçün hər cür şərait yaradılıb. DTX-nin xüsusi təyinatlı dəstəsi ən müasir silah, avadanlıq, dron və digər zəruri texnika ilə təmin olunub.

DTX-nin təşkilatçılığı ilə 2023-cü ilin may ayında 20-dən çox xarici ölkənin təhlükəsizlik və kəşfiyyat orqanlarının nümayəndələrinin iştirak etdiyi "Proksi şəbəkələrin destruktiv fəaliyyətinə qarşı birgə mübarizə" mövzusunda I Bakı Təhlükəsizlik Forumundan sonra 2024-cü il sentyabr ayında 50-yə yaxın ölkənin xüsusi xidmət orqanlarının nümayəndələrinin iştirak etdiyi "Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar" mövzusunda II Bakı Təhlükəsizlik Forumu keçirilib. Forum tərəfdaş qurumlar arasında məlumat mübadiləsinin və qarşılıqlı əlaqənin digər sahələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı Təhlükəsizlik Forumunun Bakıda daimi əsasda fəaliyyət göstərəcək Katibliyinin yaradılmasının iştirakçı ölkələr tərəfindən yekdilliklə dəstəkləndiyi bildirilib.

Bakı şəhərində Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) təşkilatçılığı ilə 2023-cü il sentyabrın 18-də "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması", ötən il oktyabrın 2-də isə Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi" mövzularında beynəlxalq konfranslar keçirilib. Tədbirlərdə bu kimi beynəlxalq konfransların keçirilməsinin itkin düşmüş şəxslər probleminin həlli istiqamətində görülən işlərə mühüm töhfə verəcəyi vurğulanıb, ailələrin öz itkin düşmüş yaxınları barədə məlumatları almaq hüququnun beynəlxalq səviyyədə dəstəklənməsinin vacibliyi qeyd olunub, Prezident İlham Əliyevin itkin vətəndaşlarmızın taleyinin aydınlaşdırılmasını Dövlət Komissiyasının qarşısında ən ümdə vəzifə kimi qoyduğu və ölkə başçısının bu məsələni daim xüsusi nəzarətdə saxladığı bildirilib.

Bu il martın 10-da Dövlət Komissiyası tərəfindən İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (International Commission on Missing Persons - ICMP) "Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı"nın təqdimatı olub. Tədbirdə Dövlət Komissiyasının dünyanın müxtəlif yerlərində qanunsuz məzarlıqların aşkarlanması, insan qalıqlarının identifikasiyası, itkinlərin taleyinin aydınlaşdırılması, məhkəmə ekspertizası üzrə böyük iş təcrübəsinə, peşəkar mütəxəssis heyətinə, eləcə də müvafiq sahədə qabaqcıl texniki imkanlara və müasir metodologiyaya malik Beynəlxalq Komissiya ilə əməkdaşlığının itkin soydaşlarımızın taleyinin aydınlaşdırılması istiqamətində səmərəli nəticələr verəcəyinə dərin inam ifadə olunub.

Bu gün peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının əməkdaşları müasir çağırışlara uyğun şəkildə çalışaraq, xalqımızı və müstəqil dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrin təxribatlarından qətiyyətlə qoruyurlar. Eləcə də milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə, kibercinayətkarlığa qarşı mübarizədə vətənpərvərlik nümunələri göstərirlər.

Əminliklə demək olar ki, xalqımızın milli maraqlarına yönələn bütün təhdid və təxribatların qarşısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə təhlükəsizlik orqanlarının şəxsi heyəti tərəfindən qətiyyətlə alınır və bundan sonra da alınacaq, ölkəmizdə davamlı sabitlik və əmin-amanlıq təmin ediləcək.

Milli.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az