• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 28-10-2026 Lerikin İcra Hakimiyyəti “ELNUR-2” şirkəti hələ də işbirliyindədi... – Hesablama Palatasının aşkarladığı pozuntulara baxmayaraq
  • 28-10-2026 Ayın 29-da intensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
  • 28-10-2026 Abşeronda yaşıllıqların məhvinə kim cavabdehdir? – VİDEOFAKT
  • 28-10-2026 Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
  • 28-10-2026 Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
  • 28-10-2026 Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - VIDEO
  • 28-10-2026 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
  • 28-10-2026 Kəmaləddin Heydərov Ramin Orucova vəzifə verdi
  • 28-10-2026 Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
  • 28-10-2026 Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
  • 28-10-2026 Dollar alıb-satanlara xəbərdarlıq: Limit və şəxsiyyət vəsiqəsi tələbi
  • 28-10-2026 Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum edilir
  • 28-10-2026 Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
  • 28-10-2026 Yevlaxdakı qəzada ölənlərin kimliyi məlum oldu - Yenilənib
  • 28-10-2026 Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq
  • 28-10-2026 Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib
  • 28-10-2026 "3 aya 38 milyon avro qazanıblar" - Yusif Eyvazov teatr və keçmiş xanımından danışdı
  • 27-10-2026 Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
  • 27-10-2026 Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
  • 27-10-2026 Penitensiar Xidmətin yeni rəisi kimdir? - Dosye

XƏBƏRLƏR

    Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
    Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
    Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
5-08-2022, 09:18

Özünü general Hikmət Həsənov kimi təqdim edən şəxs necə ifşa olundu?

Özünü general Hikmət Həsənov kimi təqdim edən şəxs necə ifşa olundu?


Bakıda özünü general Hikmət Həsənov kimi təqdim edən şəxsə hökm oxunub.

Nyus.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Suraxanı Rayon Məhkəməsinin hökmünə əsasən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməkdə təqsirləndirilən Hikmət Həsənov 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Onun törətdiyi əmələ gəlincə, H.Həsənov 2021-ci ilin dekabrında Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsil alan tanışının oğlunun koronavirusa yoluxduğunu öyrənib. Bundan sonra Bakıda olduğu zaman gecə saat 02:00 radələrində həmin şəxsin səhhəti ilə maraqlanmaq üçün akademiyaya gedib. H.Həsənov karantin vaxtı şəhərdə maneəsiz hərəkət etmək üçün evində olan hərbi sahə üzrə general-leytenant formasını geyinib.

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində həmin formanı necə əldə etdiyini xatırlamadğını bildirib. Özü məhkumluq həyatı yaşadığından, hərbi sahədə cəmi 1 ay işlədiyini qeyd edib.

H.Həsənov akademiyaya gələn zaman növbətçi hissədə olan gizir Cabir Əlizadə ona yaxınlaşıb. Bu zaman H.Həsənov özünü əks kəşfiyyatın rəisi, general-leytenant kimi təqdim edib. Cabir Əlizadə isə öz növbəsində içəri daxil olaraq növbə rəisinə məruzə edib. Saxta general koronavirusdan əziyyət çəkən tanışını soruşarkən, növbə rəisi ona kursantların məzuniyyətə buraxıldığını, hazırda heç kimin olmadığını deyib. H.Həsənov bu zaman növbə rəisinə yenə də general olmağını, FHN-də və digər qurumların rəhbər şəxsləri ilə əlaqələrinin olmasını, vəzifənin artırılması və rütbənin verilməsini təmin etmək imkanın olmasını, istəsə, müraciət edə biləcəyini deməklə nömrəsini onlara verib.

Həmin görüşdən bir neçə gün sonra növbə rəisi ona zəng edərək görüşmək istədiyini deyib və tərəflər "Atabağı" restoranına üz-üzə gəliblər. Görüş zamanı növbə rəisi akademiyada növbətçi kimi işlədiyini, komendant rəisi yerinin tezliklə boşalacağını, odur ki, həmin vəzifəyə keçmək istədiyini, lakin bununla bağlı köməklik edəcək şəxsi tapa bilmədiyini deyib. Bu zaman saxta general FHN-nin vəzifəli şəxsləri ilə əlaqələrinin olduğunu deyib və sağollaşıb.
Maraqlıdır ki, H.Həsənov görüşə də general forması ilə gəlib. Görüşdən sonra H.Həsənov növbə rəisinin vəzifəsinin artırılması üçün 5.000 manat tələb etmək qərarına gəlib və bununla bağlı görüşmələri barədə sonuncuya zəng edib. Zərərçəkənlə yenidəndən "Atabağı" restoranında görüşən saxta general yalandan söhbət zamanı guya FHN-nin Kadrlar Siyasəti Baş İdarəsinin rəisi general-mayor Sevda Şirinova ilə danışdığını deyərək komendant xidmətinin rəisi vəzifəsinə təyin olunması üçün ondan 5.000 manat tələb edib.

Zərərçəkən isə ona həmin məbləğdə pulu vermək imkanının olmadığını, ancaq 3.500 manat verə biləcəyini deyib. Zərərçəkən H.Həsənvova əvvəlcə 1.500 manat göndərib, bir müddət sonra da zəng edərək 2.000 manatın hazır olduğunu bildirib. Lakin özünü general kimi təqdim edən şəxs rayonda olduğunu, Bakıya gələndə görüşüb pulu götürəcəyini bildirib.

Tərəflər növbəti dəfə Bakıda həmin restoranda görüşən zaman vəzifəsinin dəyişdirilməsini isəyən şəxs 2.000 manatı H.Həsənova verib. Saxta general restorandan çıxarkən əməliyyat işçiləri ona yaxınlaşıb özlərini təqdim etməklə, ondan zərərçəkənin vəzifəsinin artırılması adı ilə almış olduğu 2.000 manatı tələb edib. Bundan sonra ona pulun üzərində olan yazılar ultrabənövşəyi işıq altında təqdim olunub, o da həmin pulu zərərçəkəndən hansı məqsədlə aldığını etiraf edib.

H.Həsənovun dələduzluğunun üstü daha əvvəlki görüşdə açılıb. Belə ki, o, akademiyaya general-leytenant rütbəsində gəlsə də, bu dəfə görüşə general-mayor rütbəsi ilə gəlib və öz adını fərqli təqdim edib. Bundan sonra zərərçəkən onun dələduz olduğunu anlayıb və bu barədə öz rəhbərliyinə, rəhbərlik isə məsələylə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat verib. Nəticədə keçirilən əməliyyatlar özünü general kimi təqdim edən şəxs saxlanılıb.

Qeyd edək ki, Hikmət Həsənov 1998-ci ildə Hərbi Akademiyanı bitirib. 1998-ci ildə qəsdən adam öldürmə ilə, 2001-ci ildə hədə-qorxu ilə tələb etmə və dələduzluqla və 2013-cü ildə isə yenidən hədə-qorxu ilə tələb etmə ilə məhkum olunub. Təxminən, ümumilikdə 20 il müddətində azadlıqdan məhrum etmə üzrə cəza çəkib. 2021-ci ilin oktyabr ayının 14-də sonuncu cəzası bitdiyindən azadlığa çıxıb. Rəsmi olaraq heç bir yerdə işləməyib.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az