
Paytaxtın Yasamal rayonu 225 saylı məktəbdə çəkiliş edən media nümayəndələri fiziki zorakılığa məruz qalıb.
Nyus.Az bildirir ki, hadisə ilə bağlı polis tərəfindən saxlanılanlar var. Araşdırma aparılır.
Qeyd edək ki, oktyabrın 28-də Bakı şəhəri, Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinin məktəbin 4-cü mərtəbəsindən yıxılması və aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılması ilə bağlı məlumat yayılıb.(APA)
Nyus.Az

























