
Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Nyus.Az report.az-a istinadən xəbər verir ki, Balaxanı qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sərnişin, 72 yaşlı Həmzəyev Teyyub Teymur oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır..
Nyus.Az

























