• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 12-09-2026 Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
  • 12-09-2026 Feyziyev qanunlarla ÜZ-ÜZƏ... - CƏZA GƏLDİ...
  • 12-09-2026 Sabiq müavinin xanımı ilə yarım milyonluq müqavilə imzalanıb - AY MAŞALLAH...
  • 12-09-2026 TƏCİLİ! Fəlakət ssenarisi reallaşdı: Neftin taleyi ONLARIN ƏLİNƏ KEÇDİ - FOTOLAR
  • 12-09-2026 Rusiyanı gözləyən YENİ TƏHLÜKƏ: Su qıtlığı Putinin planlarını poza bilər
  • 12-09-2026 Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
  • 12-09-2026 Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
  • 12-09-2026 Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
  • 12-09-2026 Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
  • 12-09-2026 Tanınmış iş adamı vəfat etdi
  • 11-09-2026 Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
  • 11-09-2026 Hava yenə dəyişir: Leysan, dolu... - Proqnoz
  • 11-09-2026 Bakı metrosunda xətlər üzrə hərəkətlə bağlı mühüm yenilik
  • 11-09-2026 Lənkəranda ağacları kim yeyir?! - FOTO
  • 11-09-2026 Oman sahillərində iki gəmi VURULDU
  • 11-09-2026 Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - VIDEO
  • 11-09-2026 Brent neftinin qiyməti 108 dolları ötüb
  • 11-09-2026 Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
  • 11-09-2026 Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - VIDEO
  • 10-09-2026 Əli Əsədov qərar imzaladı

XƏBƏRLƏR

    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
    "Fənərbağça" uduzdu, azarkeş öldü
    Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
    "Qarabağ"da gözlənilməz ayrılıq
15-12-2023, 11:30

“SEA BREEZE”DƏKI DAVANIN 6 NƏFƏR SƏBƏBKARI TAPILMIR — ADLARI BILINMIR

“SEA BREEZE”DƏKI DAVANIN 6 NƏFƏR SƏBƏBKARI TAPILMIR — ADLARI BILINMIR



“Sea Breeze”dəki davadan sonra 4 nəfər də döyülüb — Adları bilinmir

Bu ilin yayında “Sea Breeze”də baş verən kütləvi dava ilə bağlı məhkəmə istintaqı davam edir. “Qafqazinfo” xəbər verir ki, dekabrın 12-də “Sea Breeze” işi üzrə 2 məhkəmə prosesi keçirilib. Bakı Baş Polis İdarəsində kütləvi dava ilə bağlı 3 cinayət işi başlanıb. Həmin cinayət işlərindən ikisi tamamlanaraq məhkəməyə göndərilib. Bir cinayət işi isə hələ də istintaqdadır. Dekabrın 12-də məhkəmənin icraatında olan hər iki cinayət işi üzrə məhkəmə prosesləri davam etdirildi. Hər iki iş üzrə hakim də, prokuror da eyni şəxslərdir. Məhkəmədə ittihamı prokuror Amin Şəkərəliyev müdafiə edir. İlkin olaraq Cavad Muradov və Şamxal Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması keçirildi. Bu iş üzrə Elmir İsmayılov, onun qardaşı Elgün İsmayılov, Peyman Vəlizadə, Məhəmməd Həsənzadə zərərçəkən şəxslərdir.

Hakim elan etdi ki, məhkəməyə Cavad Muradovun vəkili Vüqar Kazımovun etirazı daxil olub. Vəkil hakim Mirheydər Zeynalova etiraz edib. Müdafiəçi qeyd edib ki, hakim heç olmasa bir dəfə baxılan işin və ya digər materialın mahiyyət üzrə həllinə aid olan məsələlər barəsində fikir bildiribsə, bu halda o bu və ya digər şəkildə öz əvvəlki fikrindən asılı olur. Bu da cinayət işi və ya digər materiallara dair hər hansı halı qiymətləndirərkən onun qərəzsiz olacağını şübhə altına qoyur. Buna görə də hakimə etirazının təmin edilməsini xahiş edib. Təqsirləndirilən Şamxal Məmmədovun vəkili İlqar İsmayılov etirazın təmin edilməsini xahiş edib.

Prokuror Amin Şəkərəliyev etirazın əsassız olduğunu və təmin edilməməsini istəyib. Zərərçəkənlərin vəkilləri də etirazın təmin olunmamasını xahiş ediblər. Hakim prosesin 21 dekabr tarixinə qədər təxirə salındığını, etiraza da həmin tarixdə münasibət bildirəcəyini açıqlayıb.

Bundan sonra növbəti prosesin başlanması üçün qısa fasilə verilib. Cavad Muradov təqsirləndirilən şəxslər üçün nəzərdə tutulan kabinədən çıxarılaraq zalda zərərçəkmiş şəxslər üçün nəzərdə tutulan skamyaya əyləşdirilib. Şamxal Məmmədov isə bu iş üzrə zərərçəkən olmadığından onu zaldan çıxarıblar.
Birinci işdə zərərçəkmişlərin skamyasında əyləşən Elmir İsmayılov, Peyman Vəlizadə, Məhəmməd Həsənzadə isə təqsirləndirilən şəxslər üçün nəzərdə tutulan kabinəyə aparılıb.

İş üzrə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli M. Ə. təqsirləndirilən şəxslərdir. Zərərçəkən kimi isə Elnur Məmmədov və Cavad Muradov tanınıblar. Elnur Məmmədov prosesdə iştirak etməyib.

Hakim elan edib ki, ötən prosesdə dövlət ittihamçısı müstəntiq Əlibala Hacıyevin prosesdə dindirilməsi ilə bağlı vəsatət verib. Həmin vəsatətə uyğun olaraq müstəntiq Əlibala Hacıyev məhkəməyə dəvət olunub. Lakin müstəntiq prosesə gəlməyib.

Hakim ötən prosesdə M. Ə.-nin onu Ceyhun adlı müstəntiqin dindirdiyini söylədiyini, bununla bağlı araşdırma apardığını və 2 Ceyhun adlı müstəntiqin olduğunu bildirib. Məktəblidən Ceyhun adlı müstəntiqin soyadını, ata adını bilib-bilmədiyini xəbər alıb. O isə Ceyhun adlı müstəntiqin onu dindirdiyini, həmin müstəntiqin Əlibala Hacıyevin kabinetinin yanından iki kabinet sonrakı kabinetdə oturduğunu deyib.

Hakim isə deyib ki, cinayət işi əvvəldən sonadək müstəntiq Əlibala Hacıyevin icraatında olub.

Yeniyetmənin vəkili Ülvi Məmmədov müvəkkilinin iş materiallarında ilk dəfə nə vaxt, hansı saatda dindirilməsi haqda məlumatların elan edilməsini xahiş etdi.
Hakim iş materiallarına istinadən bildirdi ki, dindirmə protokoluna görə onu 13 iyun 21:05-də dindirməyə başlayıblar. Dindirilmə də qanuni nümayəndə Əhmədov Məzahirin iştirakı ilə başlayıb.

Vəkil hakimə “Bakcell” mobil operatoruna verdiyi sorğunu təqdim edib. Həmin sorğu M. Ə-nin atası və istintaq zamanı qanuni nümayəndəsi olmuş Məzahir Əhmədlinin mobil telefon nömrəsindən çıxan zəngləri əhatə edir. Sorğudan aydın olur ki, 13 iyun tarixində Məzahir Əhmədli 21:14-də müstəntiq Əlibala Hacıyevin mobil nömrəsinə zəng edib və onunla 15 saniyə danışıb. Vəkil deyib ki, qaydalara görə dindirməyə gələn şəxslər, onların yaxınları müstəntiqlərlə əlaqə saxlayır. Həmin müstəntiqlərin göndərdikləri şəxslər də müvafiq sənədləşmə aparmaqla dindirməyə gələn şəxsləri müstəntiqin yanına aparırlar. Bu qaydanın icrasına 30-40 dəqiqə vaxt sərf olunur.

Bu isə onu deməyə əsas verir ki, müstəntiq dindirmə protokolunda yeniyetməni 13 iyun 21:05-də atasının iştirakı ilə dindirməyə başladığını göstərsə də, faktiki olaraq Məzahir Əhmədov dindirmədə iştirak etməyib. Məktəbli qanuni nümayəndəsi olmadan dindirilib.

Vəkil bildirdi ki, ötən prosesdə prokuror M. Ə-dən ibtidai istintaqda verdiyi ifadəsi ilə bağlı çoxsaylı suallar verib, M.Ə. də bildirib ki, o, ibtidai isitntaqa elə bir ifadə verməyib.

Bundan sonra hakim hadisənin baş verdiyi əraziyə baxış protokolunu elan etdi. Bildirdi ki, iş materiallarında 2 video var. Onlardan biri 2 dəqiqə 18 saniyə, digəri isə 38 saniyə olub.

Fotoda: Elnur Məmmədov




Hakim iş materiallarında daha bir videonun olduğunu, 59 dəqiqəlik videonun “Sea Breeze”dəki “White villa 10”un qarşısındakı kameradan götürüldüyünü elan etdi. Gecə 03 radələrində qeydə alınan həmin videoda Elnur Leysan oğlu Məmmədovun köynəksiz halda çılpaq olması, aktiv şəkildə əl-qol hərəkətləri etməsi, Vüqar Tağıyev, Cavad Muradov, hazırda axtarışda olan Fərhad İsgəndərov və Şamxal Məmmədovun yanında olduğu görünür. Ora gələn Elgün İsmayılovun Cavad Muradov tərəfindən vurulması və onun yıxılması da görünür. Bundan sonra Elnur Məmmədovun çoxlu şəxslərin olduğu istiqamətə qaçaraq orada olan şəxslərə yumruq atması da görünür.

Fotoda: Elnur Məmmədovun 99-OH-999 dövlət nömrə nişanlı maşını



Eyni zamanda elan olunub ki, həmin gecə Elnur Məmmədov və dostları hadisədən sonra başqa bir maşında əyləşən şəxslərlə də dalaşıb. Buna səbəb isə Elnurun söyüş söyməsi olub. O, avtomobildəki, şəxsiyyəti istintaqa məlum olmayan 4 nəfəri döyüb. Həmin dörd nəfərin döyülmə anını əks etdirən görüntülər ortada yoxdur.

İş materiallarına əlavə olunmuş videoların təqdiqi ilə bağlı hakimin təklifinə tərəflərin münasibəti də fərqli olmadı. Təqsirləndirilən və zərərçəkənlər, onların vəkilləri videoların tədqiqinə ehtiyac olmadığını bildirdilər. Bundan sonra proses 19 dekabra qədər təxirə salındı.

Qeyd edək ki, Elnur Məmmədov Binəqədi İcra Hakimiyyəti başçısının sabiq müavini Leysan Məmmədovun oğludur. Elnur Məmmədovun qardaşı prokurorluq orqanlarında məsul vəzifədə çalışır, özü isə “Sea Breeze”dəki davayadək Vergilər Xidmətinin inspektoru olub. //Qafqazinfo.az

Fotoda: Leysan Məmmədov


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az