• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 11-09-2026 Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
  • 11-09-2026 Hava yenə dəyişir: Leysan, dolu... - Proqnoz
  • 11-09-2026 Bakı metrosunda xətlər üzrə hərəkətlə bağlı mühüm yenilik
  • 11-09-2026 Lənkəranda ağacları kim yeyir?! - FOTO
  • 11-09-2026 Oman sahillərində iki gəmi VURULDU
  • 11-09-2026 Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - VIDEO
  • 11-09-2026 Brent neftinin qiyməti 108 dolları ötüb
  • 11-09-2026 Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
  • 11-09-2026 Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - VIDEO
  • 10-09-2026 Əli Əsədov qərar imzaladı
  • 10-09-2026 Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
  • 10-09-2026 Ayın 11-də şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
  • 10-09-2026 Azərbaycanda haqsız rəqabətlə bağlı 37 subyekt araşdırılıb
  • 10-09-2026 Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
  • 10-09-2026 Xırdalanda tüstüsü ekologiyanı kor eləyən metaləritmə sexinin istisinə kim qızınır? - VİDEO
  • 10-09-2026 Fərid Eyvazovun güc şousu alınmadı: “Alliance Clinic”də ciddi nöqsanlar – FOTO
  • 10-09-2026 Zaur Mikayılovun mövqeləri ZƏİFLƏYİR - İDDİA
  • 10-09-2026 Azərbaycan gələcəyi Emin Əmrullayevin sisteminə uyğunlaşdırılır? - Köhnə talanın yeni modeli, yaxud statistika yalançıların maskasıdır
  • 10-09-2026 İranın Sirik bölgəsində partlayış səsləri eşidilib
  • 10-09-2026 Türkiyə O SİLAHI sınaqdan keçirdi: Zirehli texnikalar saniyələr içində MƏHV OLDU - VİDEO

XƏBƏRLƏR

    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
    "Fənərbağça" uduzdu, azarkeş öldü
    Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
    "Qarabağ"da gözlənilməz ayrılıq
    Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
22-11-2023, 12:39

Azərbaycanda iki dost qıza görə bir-birini bıçaqladı - Əsgərlikdən qayıdandan sonra

[center]Azərbaycanda iki dost qıza görə bir-birini bıçaqladı - Əsgərlikdən qayıdandan sonra[/center]


Tovuz rayonunda 2005-ci il təvəllüdlü Fazil münaqişə zəminində tanışı Elvinə (adlar şərti verilib - red.) xəsarət yetirib.

Nyus.Az teleqraf.com-a istinadən bildirir ki, hadisə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində baş verib.

Fazil eyni kənddə yaşadığı Elvinlə həmin gün bir qədər əvvəl zarafatla onun gözü qarşısında əvvəllər sevdiyi qızın əlindən nümayişkaranə surətdə tutması səbəbindən mübahisə edib.

Mübahisə zamanı Fazil Elvinə bıçaqla zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarəti yetirib.

İstintaq orqanı tərəfindən Fazilin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fazil ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Qazax Sosial İqtisadi Kollecində təhsil alıb:

"Zərərçəkmiş Elvini uşaqlıqdan tanıyıram. Məndən 2-3 yaş böyükdür".

Təqsirləndirilən şəxsin sözlərinə görə, 23 sentyabr 2022-ci ildə saat 13 radələrində küçədə əyləşən vaxt sinif yoldaşı Ləman onun yanına gəlib:

"Mən Ləmanla söhbət etməyə başladım. Bu zaman küçə ilə Elvinin gəldiyini gördüm, onunla zarafat etmək istədim. Elvin Ləmanı sevib, sonra ondan ayrılıblar. Zarafat məqsədilə Elvinin görə biləcəyi məsafədə Ləmanın əlindən tutdum.

Elvin yanımızdan keçib qonşuluqda yaşayan Mahirin yaşadığı evə getdi. Təxminən 2-3 dəqiqə sonra Mahir, Elvin və Vüqar birlikdə bizim olduğumuz istiqamətə gəlməyə başladılar. Ləman onların gəldiyini görəndə evə getdi.

Elvin yaxınlaşaraq niyə Ləmanın əlindən tutduğumu soruşdu. Mən də zarafat etmək istədiyimi dedim. O, yaxşı hərəkət etmədiyimi bildirdi. Elvinə onunla həmişə zarafat etdiyimizi söylədim, niyə incidiyini soruşdum. Onun üzündən öpərkən yaxın məsafədən zarafatla mənə nalayiq söz dedi. Sonra kənara çəkilməyi təklif etdi. Elvinlə kənara çəkildik. Mahir və Vüqardan bir qədər aralıda söhbət etməyə başladıq".

Təqsirləndirilən şəxs qeyd edib ki, əvvəlcə sözlə mübahisə ediblər:

"Elvindən ünvanıma bir qədər əvvəl nalayiq ifadə işlətdiyini, onun həmin sözü ciddi deyib-demədiyini soruşdum. O, ciddi dediyini bildirdi və olduqca əsəbi göründü. Buna görə Elvinin mənimlə dalaşacağını, böyük olduğu üçün məni döyəcəyini güman etdim. Söhbət edərkən şalvarımın sağ cibində gəzdirdiyim cib bıçağını çıxardım və bir dəfə onun sol böyründən vurdum.

Elvin qışqıraraq Mahir və Vüqarı çağırdı. Ona yarasını sarımağı təklif etsəm də, razılıq vermədi. Yaradan qan axdığını görərək bıçağı yarımçıq tikiliyə atdım və yaşadığım evə getdim".

İş üzrə zərərçəkmiş Elvinin sözlərinə görə, Fazillə aralarında əvvəllər hər hansı ədavət və mübahisə olmayıb:

"Sentyabrın 23-də saat 13 radələrində yaşadığım evdən dostum Mahirlə görüşüb bir yerdə çayxanaya getmək üçün çıxdım. Küçədə piyada gedərkən Fazillə əvvəllər istədiyim Ləman adlı qızın birlikdə Mahirin yaşadığı küçənin başlanğıcında olan taxta oturacaqda əyləşdiklərini gördüm. Fazil onlara çatmağıma az qalmış gəldiyimi gördü. Bu zaman o, Ləmanın əlindən tutaraq özünə tərəf çəkdi.

Mən Mahirin yaşadığı evə getdim. Evin həyətində olanları Mahirə danışdım. Həmin vaxt qonşuluqdan Vüqar adlı dostumuz da bizi çağırdı. Onun təklifi ilə birlikdə çayxanaya getmək üçün piyada geri qayıtdıq. Fazilgilin olduğu yerə çatmağımıza az qalmış Ləman Fazildən ayrılaraq evə getdi. Mən Fazilə etdiyi hərəkətin düzgün olmadığını dedim. O da mənimlə zarafat etmək üçün belə etdiyini dedi".

Zərərçəkmiş qeyd edib ki, bir neçə il bundan əvvəl Ləmanı sevib:

"2020-ci il ildə hərbi xidmətə getdim. 2022-ci ilin aprelində əsgərlikdən qayıtdıqdan sonra Ləmanla ayrıldım. Ayrıldıqdan sonra aramızda hər hansı münasibət qalmadı. Fazil mənimlə zarafat etmək üçün belə etdiyini dedi. Zarafatın xoş olmadığını bildirdim. Fazil isə mənə həmişə zarafat etdiyimizi, nəyə görə zarafatından incidiyimi dedi.

Aramızda mübahisə yarandı. Fazil mənimlə kinayəli danışıb mübahisəni davam etdirdi. Ona iradımı bildirdim, düzgün hərəkət etmədiyini və ondan yaşca böyük olduğumu söylədim. Mübahisə böyüdükdə Fazil məni kənara çəkdi, əlini çiynimə qoyaraq məni başa salmaq istədi. Cibindən çıxardığı bıçaqla sol böyrümdən vurdu. Ağrını hiss etdikdə, əlimi sol böyrümün üzərinə qoydum və qan gəldiyini gördüm".

Zərərçəkmiş bildirib ki, daha sonra Fazili itələyib, təxminən 5-6 metr aralıda dayanmış Vüqar və Mahir onlara yaxınlaşıblar:

"Mahirin yaşadığı ev istiqamətində qaçdım. Mahirin atası evlərinin həyətində mənə böyrümə sıxmaq üçün dəsmal verdi və məni avtomobilinə əyləşdirərək Tovuz Rayon Mərkəzi Xəstəxanasına apardı. Xəstəxanada ilkin tibbi yardım göstərildi və əməliyyat olundum".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fazilin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az