
Daxili İşlər Nazirliyi Bakıda maşın bazarı ərazisində baş verən kütləvi dava ilə bağlı açıqlama yayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov oxu.az-a açıqlamasında qurumun yayılan görüntülərdən məlumatlı olduğunu bildirib.
"Hazırda Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır. Nəticəsi barədə məlumat verəcəyik", - o qeyd edib.
Nyus.Az

























