
Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Nyus.Az APA-ya istinadən bildirir ki, hadisə Azadlıq prospektində şadlıq evinin qarşısında qeydə alınıb.
Ələkbətov Alik Sərvər oğlu küçədə tanımadığı şəxsin hücumuna məruz qalıb. O bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində araşdırma aparılır.
Nyus.Az

























