
Mayın 25-də saat 5 radələrində polis baş serjantı xəstəxanada vəfat edib.
DİN-in mətbuat xidmətindən milli.az-a bildirilib ki,1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib.
Göstərilən tibbi müdaxilələrə baxmayaraq o həyatını itirib.
Araşdırma aparılır.
Qeyd edək ki, S.Mustafayev Əlahiddə Çevik Polis Alayında manqa komandiri vəzifəsində xidmət edib.
Nyus.Az

























