
Bu gün saat 05.30 radələrində Əhmədli stansiyasında manevr işləri aparılarkən 1 yük vaqonu relsdən çıxıb.
"Azərbaycan Dəmir Yolları" QSC-dən milli.az-a verilən məlumata görə, nəticədə vaqondan yük axını baş verib. Hadisənin baş vermə səbəbi araşdırılır və hazırda nəticəsinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.
Qeyd olunan yük vaqonu Gürcüstan Dəmir Yollarına məxsusdur və 49 ildir istismardadır.
Nyus.Az

























