
Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Nyus.Az "report"a istinadən bildirir ki, 2000-ci il təvəllüdlü Pirmalıyeva Sevinc Ceyhun qızı idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək dəmir maneəyə çırpılıb.
Hadisə zamanı xəsarət alan sürücü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
Nyus.Az

























