Polis tərəfindən məhv edilən şəxsin KİMLİYİ AÇIQLANDI: Əməliyyatın təfərrüatı
Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində "Bravo"dakı silahlı insidenti törətməkdə şübhəli bilinən şəxslərdən biri - 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z. Tağıyev küçəsindəki 19 saylı binada gizlənməsi müəyyən edilib.
DİN-dən milli.az-ın sorğusuna cavab olaraq bildirilib ki, o, avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərib. Görülmüş tədbirlərlə o, polis tərəfindən məhv edilib.
Cinayəti törətməkdə şübhəli bilinən digər şəxs isə saxlanılıb.