Bu gün Xətai rayonu ərazisində "Bravo" hipermarketdə silahlı insident törətməkdə şübhəli bilinənlərdən bir nəfər saxlanılıb.
Nyus.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, polisə silahlı müqavimət göstərən bir nəfər isə məhv edilib.
Əldə etdiyimiz məlumata görə, hadisəni törədənlərdən biri "Tarqovı"da Fəvvarələr meydanında tutulub. Onun həmin ərazidəki evlərdən birində xanım tanışının yanında gizləndiyi bildirilir.
DİN-dən saytımıza bildirilib ki, əməliyyat tədbirləri davam edir. Əlavə məlumat veriləcək.
Qeyd edək ki, hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində "Unibank"ın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.
---------
21:53
Xətai rayonunda cinayət əməlini törətməkdə şübhəli bilinənənlərdən bir nəfər saxlanılıb, polisə silahlı müqavimət göstərən bir nəfər məhv edilib.
Nyus.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
Əməliyyat tədbirləri davam edir. Əlavə məlumat veriləcəkdir.