
Bakının Suraxanı rayonunda 11 yaşlı yeniyetməni avtomobil vurub.
Nyus.Az "Report"a istinadən bildirir ki, 2012-ci il təvəllüdlü Qurbanov S. yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Nyus.Az

























