Bakının Xətai rayonunda sərxoş kişi körpüdən avtomobil yolunadüşüb.
Nyus.Az APA-ya istinadən bildirir ki, hadisə Babək prospektində qeydə alınıb.
1960-ci il təvəllüdlü Skrilnikov Aleksandr Alekseyevic sərxoş vəziyyətdə körpü üzərindən avtomobil şossesinə düşərək ağır xəsarət alıb. O, bədənin müxtəlif sınıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Faktı hüquq-mühafizə orqanın əməkdaşları araşdırır.
Nyus.Az