
Bakının Nəsimi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Nyus.Az APA-ya istinadən bildirir ki, qəza Azadlıq prospektində qeydə alınıb.
1998-ci il təvəllüdlü Əmrahova Ülviyyə Sabir qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.
Nyus.Az

























