Əks istiqamətdə hərəkət edən avtomobil ağaca çırpılıb, xəsarət alan var
Yüksək sürət qəzaya səbəb olub.
Nyus.Az APA-ya istinadən bildirir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Heydər Əliyev prospektində "Toyota" markalı avtomobilinin sürücüsü paytaxt istiqamətində əks istiqamətli yola çıxıb. Sürücü qarşıdan gələn nəqliyyat vasitəsini gördüyündən sükana nəzarəti itirərək avtomobili əvvəlcə işıq dirəyinə, daha sonra piyada səkisinə çırpıb. İdaretmədən çıxan avtomobil yol kənarındakı ağaclara dəyərək dayanıb. Sürücü yaralı halda hadisə yerini tərk edib. Əraziyə Abşeron Rayon Polis İdarəsinin və Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib.
Yol təsərrüfatına dəyən zərər hesablanıb. Sürücünün axtarışı davam edir.