Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
Nyus.Az APA-ya istinadən bildirir ki, hadisə Montin qəsəbəsində baş verib.
Əliyar Əliyev küçəsində 1994-cü il təvəllüdlü Səmədov Orxan Yenubər oğlu tanımadığı şəxslə mübahisə zamanı bıçaqlanıb. O, ürəyindən bıçaq xəsarəti alıb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.