
Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Nyus.Az "report"a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Bakıxanov qəsəbəsində avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Əliyev Yavər Allahyar oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin açıq yerdəyişən sınıqları diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Nyus.Az

























