
Bakıda 28 yaşlı gənc qızı avtomobil vurub.
Nyus.Az "Report"a istinadən bildirir ki, hadisə Xətai rayonunda qeydə alınıb. 1994-cü il təvəllüdlü Verdiyeva Leyla Namiq qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.
Nyus.Az

























