
Şəmkirdə 32 yaşlı kişi bıçaqlanıb.
Nyus.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb.
Kənd sakini 1990-cı il təvəllüdlü Mamedov Fərman Aydın oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstə əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, hadisə bıçaqlanan şəxsin toydan sərxoş vəziyyətdə çıxmasından sonra baş verib.
Faktla bağlı Şəmkir Rayon polis şöbəsində araşdırma aparılır.
----------
08:09
Şəmkir rayonunda yerli sakin bıçaq xəsarətləri alıb.
Nyus.Az "report"a istinadən bildirir ki, hadisə Mahmudlu kəndində qeydə alınıb.
Kənd sakini, 1990-cı il təvəllüdlü F.Mamedov 2 bıçaq xəsarəti alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Nyus.Az

























