
Göygöldə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Nyus.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ" markalı minik avtomobili yük maşınına arxadan çırpılıb.
Qəza zamanı minik maşınının sürücüsü Pənahlılar kənd sakini 1992-ci il təvəllüdlü Həsənov Bünyad Səməd oğlu hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Nyus.Az

























