
Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
Nyus.Az APA-ya istinadən bildirir ki, hadisə Sabunçu bazarında qeydə alınıb.
2000-ci il təvəllüdlü İsmayılov Yaşar Vüqar oğlu naməlum şəxs tərəfindən boğaz nahiyəsindən bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları araşdırır.
Nyus.Az

























