
Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ölüb.
Nyus.Az APA-ya istinadən bildirir ki, hadisə Zabrat qəsəbəsində baş verib.
Belə ki, 1-ci Tramvay küçəsində yolu keçərkən, 1989-cu il təvəllüdlü Həsənov Fərhad Əhliman oğlunu minik avtomobili vurub.
Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
Nyus.Az

























