
Lənkəranda yeniyetmə 18 yaşlı gənci bıçaqlayıb.
Nyus.Az "Report"a istinadən bildirir ki, hadisə Səpnəkəran kəndində baş verib.
Belə ki, 14 yaşlı yeniyetmə M.Q. qonşusu 18 yaşlı Hüseynəli Sübhan oğlu Hüseynovu bıçaqlayıb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Ətraflı
Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.
Vəziyyəti ağır olan yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Nyus.Az

























