
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Nyus.Az "report"-a istinadən bildirir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Neapol dairəsində avtomobil yolu keçən 1963-cü il təvəllüdlü Mütəllimov Rafiq Balaqardaş oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
Nyus.Az

























