
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. Yerli KİV-lərin məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Göygöl rayonundan keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobilinin sürücüsü idarə etməni itirib. Nəticədə avtomobil körpüdən dərəyə aşıb.
Qəza zamanı sürücü 1995-ci il təvəllüdlü Zülfiqar Məmmədov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

























