
Bakıda 70 yaşlı qadını avtomobil vuraraq ağır xəsarət yetirib.
Nyus.Az "report"-a istinadən bildirir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1952-ci il təvəllüdlü Vahidova Zemfira Hacı qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Nyus.Az

























