
Bakıda gənc oğlanı avtomobil vurub.
Nyus.Az "report"-a istinadən bildirir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Mərdəkan qəsəbəsində avtomobil yolu keçən 1996-cı il təvəllüdlü Yaqubov Sənan Şahin oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və təpə nahiyəsinin kəsilmiş yarası diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Nyus.Az

























