
İran dəniz limanlarının blokadası bərpa olunandan bəri ABŞ ordusu ümumilikdə 70 gəminin İrana, yaxud İrandan hərəkətinin qarşısını alıb.
Nyus.Az xəbər verir ki, məlumatı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) özünə məxsus X səhifəsində açıqlayıb: "23 avqust tarixinə olan məlumata görə, ABŞ qüvvələri 70 kommersiya gəmisini yönləndirib, üçünü sıradan çıxarıb və daha iki gəmiyə qüvvə çıxarıb".
Qeyd edək ki, ABŞ İranın dəniz blokadasını iyulun 14-də bərpa edib. (Musavat.com)
Nyus.Az

























