• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
3-03-2026, 06:08

Kremlin müttəfiqləri sıradan çıxır, “mühasirə” daralır: Rusiya dünyadan qopur, “geopolitik intihara” sürüklənir

Kremlin müttəfiqləri sıradan çıxır, “mühasirə” daralır: Rusiya dünyadan qopur, “geopolitik intihara” sürüklənir


Rusiya daxilində Ukrayna müharibəsinin əsas məqsədləri, Qərblə qəliz münasibətlərin gələcək inkişaf istiqamətləri və müasir çoxqütblü dünya modelinin davamlılığı ilə bağlı ciddi siyasi-ideoloji ziddiyyətlər mövcuddur... Əgər, bu ziddiyyətlər daha da dərinləşərsə, Kremlin həm Rusiyanın, həm də indiki hakim siyasi elitanın gələcək taleyindən ciddi narahatlıq keçirtməsinə yol açan önəmli səbəblər əsas təhlükə qaynağına çevrilə bilər...
Rusiyanın siyasi elitasında ciddi narahatlıq yaşanmağa başlayıb. Belə ki, son vaxtlar Ukrayna savaşının dayandırılması prosesi ətrafında yaranmış qəliz situasiya Kremldə dərin əndişə yaradıb. Buna paralel olaraq, Rusiyanın bəzi müttəfiqlərinə qarşı reallaşdırılmış hərbi əməliyyatlar Kremldə fərqli geopolitik hesablamalara yol açıb. Belə ki, Rusiya ilə münasibətləri son vaxtlar yaxınlaşma istiqamətində inkişaf edən ABŞ əvvəlcə Venesuella diktatoru Nikolas Maduronu “oğurlayıb”, qaçırtdı. İndisə, Rusiyanın digər yaxın müttəfiqi İrana qarşı ABŞ-ın İsraillə ortaq hərbi əməliyyatı Kremli ciddi düşünmək məcburiyyətində buraxıb.

Onu da qeyd etmək lazımdır ki, Kremlin siyasi-ideoloji konsepsiyalarının müəllifi, Rusiyanın təhlükəsizlik psixologiyasını neoimperialist avrasiyaçılıq və sivilizasiyaların qarşıdurması üzərində formalaşdırmağa çalışan Aleksandr Duqinin son açıqlamaları bəzi önəmli məqamlara aydınlıq gətirməyə imkan verir. Belə ki, rus ideoloq Aleksandr Duqinin “müttəfiqlərimiz bir-bir məhv edilir, növbəti biz ola bilərik” tezisi Rusiyanın təhlükəsizlik axtarışlarında yeni mərhələnin başlanğıcını ifadə edir. Yəni, bu yanaşma yalnız son baş verənlərə emosional reaksiya deyil. Və bu, həm də Rusiya dövlətçiliyinin siyasi-ideoloji dayaqları, Qərblə qarşıdurma modeli və İran amili ilə bağlı strateji düşüncə xəttini ön plana çəkir.



Məsələ ondadır ki, dünyada baş verən son hadisələrdən sonra Kreml təhlükəsizlik dilemması ilə üzləşərək, tədricən “mühasirə sindromu”na təslim olmağa başlayıb. Rusiyanın siyasi-ideoloji elitasında hesab edirlər ki, müasir dövlətlər öz təhlükəsizliklərini təmin etmək üçün güc balansı qurmağa məcburdur. Və bu baxımdan, Aleksandr Duqinin “növbəti bizik” tezisi də məhz Rusiyanın üzləşdiyi təhlükəsizlik dilemmasının siyasi-psixoloji ifadə formasıdır.

Maraqlıdır ki, Rusiya siyasi elitasının müəyyən bir hissəsi hesab edir ki, Qərb postsovet məkanında öz təsir dairəsini genişləndirir, sanksiyalar və siyasi təzyiqlər Rusiyaya qarşı strateji zəiflətmə alətidir, müttəfiqlərin sıradan çıxarılması ilə bağlı proses isə Kremlin dünyadan tamamilə təcrid olunmasına xidmət edir. Ona görə də, belə qənaətə gəlinib ki, ABŞ və İsrailin ortaq hərbi əməliyyatları nəticəsində əgər, İran ciddi şəkildə zəifləyərsə, onda, Rusiyanın təhlükəsizlik perimetri də daralmış olacaq. Və Rusiya siyasi-ideoloji dairələri ölkəni bu təhlükələrdən yayındırmaq üçün neoimpializmə bağlı avrasiyaçılıq və “Rus dünyası” konsepsiyasına sığınmağa üstünlük verirlər.

Əslində, Aleksandr Duqinin əsas müəllifi olduğu bu siyasi-ideoloji yanaşma Rusiyanı Qərbdən fərqli sivilizasiya mərkəzi, Avrasiya məkanının avanqard güc qaynağı və artıq dağılmaqda olan liberal dünya nizamına qarşı alternativ model kimi təqdim edir. Onun fikrincə, Qərbin hegemonluğu yalnız siyasi deyil, həm də mədəni-sivilizasion ekspansiyadır. Bu kontekstdə prezident Vladimir Putinin beynəlxalq hüquqa istinad edən bəzi çıxışları daha praqmatik çərçivədədir, Aleksandr Duqinin mövqeyi isə ideoloji-mobilizasiya xarakterlidir.



Digər tərəfdən, “rus ideoloq”un ritorikasında açıq şəkildə “Qərblə danışıqların mənasızlığı” vurğulanır. Aleksandr Duqinin bu xəbərdarlıq mesajı, Kremlin xüsusi həssaslıqla yanaşdığı sivilizasiyalar arasında qarşıdurmanın dərinləşdirilməsi modelinə tamamilə uyğundur. Belə ki, həmin modelə görə, qarşıdurma dəyərlər səviyyəsində olmalıdır, hər hansı kompromis yalnız müvəqqəti xarakter daşıyır və bu səbəbdən də, uzunmüddətli qlobal rəqabət qaçılmazdır.

“Rus ideoloq”un Rusiya daxilində “vətənpərvərlik islahatları” çağırışı isə total mobilizasiya modelini xatırladır. Belə ki, bu, Kremlin təhlükəsizlik dilemmasının Rusiyanın daxili siyasətinə transferi kimi görünür. Çünki “rus ideoloq” xarici hərbi təhdid iddiaları ilə Rusiyada düşmənə qarşı ölkədaxili həmrəyliyin vacibliyini əsaslandırmağa çalışır. Bu baxımdan, Aleksandr Duqinin “əgər, İran dağılarsa, növbəti biz olacağıq” iddiası da Rusiya vətəndaşlarına xarici düşmənlə savaşın qaçılmazlığını qəbul etdirməyə hesablanıb. Və bu yanaşma tərzi həm də onu göstərir ki, rus siyasi-ideoloji elitası Rusiyanın gələcək mövcudluğunu məhz qlobal qarşıdurmanın vahid strateji xəttə çevrilməsində görür.

Təbii ki, Kremlin belə bir siyasi-psixoloji modelə sığınması Rusiyanın hakim dairələri üçün qərarvermə prosesində yalnız xarici deyil, həm də ölkədaxili eskalasiya riskini artırır. Çünki bu, Rusiya cəmiyyətində radikal siyasi-ideoloji xəttin güclənə biləcəyi ilə bağlı risklər də yaradır. Hər halda, Rusiya daxilində daha sərt səfərbərlik, informasiya nəzarəti və təhlükəsizlik strukturlarının gücləndirilməsi istiqamətində atılacaq növbəti addımların cəmiyyətin ciddi müqaviməti ilə üzləşə biləcəyi qətiyyən istisna deyil.



Təbii ki, bütün bunları da diqqətə alan Kreml “rus ideoloq”un radikal ideoloji ritorikasını müəyyən çərçivəyə yönəldərək, taktiki manevr imkanlarını qorumağa üstünlük verir. Ona görə də, Rusiya həm regional eskalasiyaya, həm də qlobal bloklaşma prosesinə maksimum səviyyədə ehtiyatlı yanaşmağa məcburdur. Halbuki, İranın zəifləməsi və ya regionda genişmiqyaslı böhranın yaranması Rusiyanın daha sərt geopolitik mövqe sərgiləməyə də təhrik edə bilər.

Göründüyü kimi, Aleksandr Duqinin açıqlamaları Kremlin rəsmi doktrinası olmasa da, hər halda Rusiyada mövcud olan strateji düşüncə xəttinin radikal qanadını açıq şəkildə biruzə verir. Belə ki, Rusiya siyasi-ideoloji dairələrində ön plana çəkilən “növbəti bizik” tezisi əslində, Kremlin real hərbi təhlükədən daha çox, geopolitik xarakter daşımaqla yanaşı, həm də mövcud siyasi rejimin təhlükəsizliyinə problemlər yarana biləcəyinə bağlı ciddi qorxunun dolayısı ifadəsidir.

Belə anlaşılır ki, Rusiya daxilində Ukrayna müharibəsinin əsas məqsədləri, Qərblə qəliz münasibətlərin gələcək inkişaf istiqamətləri və müasir çoxqütblü dünya modelinin davamlılığı ilə bağlı ciddi siyasi-ideoloji ziddiyyətlər mövcuddur. Əgər, bu ziddiyyətlər daha da güclənərsə, onda Kremlin reallaşdırmağa can atdığı Avrasiya təhlükəsizlik arxitekturasında daha uzunmüddətli və dərin qarşıdurma mərhələsinə keçidin sürətlənməsi qaçılmaz ola bilər. Və bu baxımdan, Kremlin həm Rusiyanın, həm də indiki hakim siyasi elitanın gələcək taleyindən ciddi narahatlıq keçirtməsi üçün müəyyən səbəblər olmamış deyil. “Yeni Müsavat”

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az