• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 29-10-2026 Gəncədə doğulan SSRİ marşalı erməniləri üz-üzə qoydu – Zaxarovadan sərt reaksiya!
  • 29-10-2026 Yaponiyada güclü zəlzələ baş verdi
  • 29-10-2026 Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
  • 29-10-2026 Firəngiz Mütəllimova ailə qurmamasının səbəbini açıqladı
  • 29-10-2026 Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
  • 29-10-2026 Məktəbdəki insidentlə bağlı açıqlama
  • 29-10-2026 Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin
  • 29-10-2026 BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
  • 29-10-2026 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama
  • 29-10-2026 Tarixin ən yaxşı "Qızıl Top" qalibi açıqlandı
  • 29-10-2026 Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
  • 29-10-2026 Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri zorakılığa məruz qalıb, saxlanılanlar var - VIDEO
  • 29-10-2026 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
  • 29-10-2026 Azərbaycanda hotel sektorunda nə baş verir?
  • 29-10-2026 "Həyat yoldaşım iki ev arasında qalıb" - Nadir Qafarzadə
  • 28-10-2026 Lerikin İcra Hakimiyyəti “ELNUR-2” şirkəti hələ də işbirliyindədi... – Hesablama Palatasının aşkarladığı pozuntulara baxmayaraq
  • 28-10-2026 Ayın 29-da intensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
  • 28-10-2026 Abşeronda yaşıllıqların məhvinə kim cavabdehdir? – VİDEOFAKT
  • 28-10-2026 Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
  • 28-10-2026 Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"

XƏBƏRLƏR

    Tarixin ən yaxşı "Qızıl Top" qalibi açıqlandı
    Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
    Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
    Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
23-07-2026, 15:01

“Sədərək” və “Binə” bağlanır?

“Sədərək” və “Binə” bağlanır?


Son vaxtlar onlayn alış-veriş platformalarının, xüsusilə də "Temu" kimi beynəlxalq e-ticarət saytlarının Azərbaycandakı ənənəvi ticarət mərkəzlərinə təsiri ilə bağlı müzakirələr güclənib. Sosial şəbəkələrdə "Sədərək" Ticarət Mərkəzində alverin kəskin zəiflədiyi, bunun əsas səbəblərindən birinin isə "Temu" vasitəsilə edilən sifarişlər olduğu iddia edilir.

Onlayn ticarət "Sədərək" və "Binə" kimi iri bazarların gələcəyini təhlükə altına alır? "Sədərək" və "Binə" bağlana bilər?

Nyus.Az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov onlayn ticarət platformalarının bu gün ənənəvi mağazalar üçün ciddi rəqabət yaratdığını bildirib.

"Bu rəqabətin bir hissəsi bazar prinsiplərinə əsaslansa da, müəyyən üstünlüklər mövcud vergi və gömrük qaydalarından irəli gəlir. Nəticədə "Sədərək" və "Binə" də daxil olmaqla digər fiziki mağazalar müştəri itirir, bəzi hallarda fəaliyyətini dayandırır və iş yerləri azalır.

Dünyada elektron ticarətin həcmi sürətlə artır. Bu platformalar daha geniş məhsul çeşidi təqdim edir, istifadəçi üçün rahat alış-veriş imkanları yaradır və innovativ satış modelləri tətbiq edirlər. Lakin ənənəvi mağazalar məhsulları ölkəyə idxal edərkən və ya daxildə istehsal edərkən gömrük rüsumları, vergilər və digər ödənişlər edirlər. Buna baxmayaraq, bəzi fərdi sifarişlər mövcud güzəştlərdən istifadə edərək bu ödənişlərdən yayınır. Hesab edirəm ki, bu baxımdan oyun qaydaları bütün bazar iştirakçıları üçün eyni olmalıdır", - o qeyd edib.

İqtisadçı bildirib ki, ənənəvi mağazalar vergi və rüsum ödəyirsə, elektron ticarət vasitəsilə gətirilən məhsullar da müəyyən qaydada bu ödənişlərə cəlb edilməlidir:

"Söhbət yüksək rüsumlardan deyil, hamı üçün bərabər və ədalətli yanaşmanın tətbiqindən gedir. Bəziləri bunun istehlakçıların xərclərini artıracağını iddia edə bilər. Ancaq nəzərə almaq lazımdır ki, elektron ticarətin həcmi artıq kifayət qədər böyüyüb. Vergi və gömrük bazası genişləndirildiyi halda, rüsum dərəcələrini aşağı salmaq mümkündür. Məsələn, idxalın əhəmiyyətli hissəsi elektron platformalar üzərindən həyata keçirilirsə, daha geniş baza hesabına daha aşağı dərəcələrlə də dövlət büdcəsinə eyni həcmdə gəlir toplamaq olar. Belə yanaşma həm dövlət büdcəsinin gəlirlərini qoruyar, həm də ənənəvi mağazaların rəqabət imkanlarını artırar. Bu isə qiymətlərin daha balanslı formalaşmasına, iş yerlərinin qorunmasına və daxili ticarətin inkişafına müsbət təsir göstərə bilər.

Əks halda, mövcud vəziyyət davam edərsə, çoxsaylı mağazaların, o cümlədən "Sədərək" ilə "Binə"nin fəaliyyətini dayandırması və minlərlə insanın iş yerini itirməsi riski artacaq. Buna görə də gömrük və vergi siyasəti daha balanslı qurulmalı, bazarın bütün iştirakçıları üçün bərabər rəqabət şəraiti yaradılmalıdır. Zərurət yaranarsa, bu dəyişikliklər digər vergi yükünün azaldılması ilə kompensasiya oluna bilər ki, ümumi iqtisadi təsir həm dövlət, həm biznes, həm də vətəndaşlar üçün daha səmərəli olsun".

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az