• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
  • 22-10-2026 Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - VIDEO
  • 22-10-2026 Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
  • 22-10-2026 Pirşağıda evi ilanlar basıb - VIDEO
  • 22-10-2026 Qardaşlıq qalib gəldi, amma izlər qaldı
  • 22-10-2026 Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
  • 21-10-2026 Xətai rayonunda "Energetiklər Günü" münasibətilə tədbir keçirildi - VİDEO
  • 21-10-2026 Banklara kibertəhlükələr barədə məlumat verilib - VİDEO
  • 21-10-2026 Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
  • 21-10-2026 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
  • 21-10-2026 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
  • 21-10-2026 Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib

XƏBƏRLƏR

    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
23-07-2026, 08:02

Belə evləri alanlar uduzur — Açıqlama

Belə evləri alanlar uduzur — Açıqlama


Son illərdə daşınmaz əmlak bazarında qiymət dəyişiklikləri alıcıların diqqət mərkəzindədir. Bir çox vətəndaş mənzil alarkən yalnız hazırkı qiymətə deyil, onun gələcəkdə dəyərinin artıb-artmayacağına da önəm verir.

Mənzilin gələcəkdə bahalaşacağını göstərən əsas əlamətlər hansılardır və alıcılar seçim zamanı nələrə diqqət etməlidir?

Açıqlama verən əmlak eksperti Firdovsi Xəlilov bildirib ki, investisiya xarakterli əmlak yatırımı ilə yaşamaq üçün edilən əmlak yatırımını bir-birindən ayırmaq lazımdır:

“Əgər yaşayacağımız və ya istifadə edəcəyimiz bir əmlak bu, hətta bağ evi də ola bilər, axtarırıqsa, vəziyyət tamamilə dəyişir. Burada diqqət etməli olduğumuz məqamlar başqadır. Ən başda gələn məsələ əmlakın ailə üzvlərimizin mütəmadi vaxt keçirdiyi yerlərə yaxın olması və ya oraya bir marşrutla rahat gedib-gəlməyin mümkün olmasıdır. İkinci dərəcəli diqqət etməli olduğumuz məqam isə ailə üzvlərinin sayına uyğun yataq otaqlarının olmasıdır.

Keçək kapital yatırımı baxımından yanaşmaya. Əmlakın kapitallaşmasında əsas indikator əmlakın bugünkü qiyməti ilə onun illik kirayə gəlirinin nisbətidir. Yəni bu gün əmlakın qiyməti 100 min manatdırsa və onun illik kirayə gəliri 5 min manat təşkil edirsə, deməli, o, normal yatırım alətidir. Əgər illik gəlir 5 min manatdan çoxdursa, yaxşı yatırımdır. 5 min manatdan azdırsa, yatırım aləti olaraq zəifdir. Yəni 5% göstəricisi burada orta hədd sayılır.

Eyni zamanda diqqət edəcəyimiz məqamlardan digəri isə, əmlakı nağd, kreditlə, yoxsa hissəvi ödənişlə almağımız yatırım baxımından xüsusi düşünülməlidir. Maliyyədə “pulun zaman dəyəri” deyilən bir anlayış var. Əgər ölkədə effektiv inflyasiya təxminən 13% civarındadırsa və biz bundan daha aşağı faizlə ucuz kredit tapırıqsa, birmənalı olaraq yatırımı kreditlə etmək daha əlverişlidir. Hətta qiymətdə müəyyən fərq yaransa belə, hissəvi ödənişə üstünlük vermək lazımdır. Çünki inflyasiya mühitində gələcək ödənişlərin real dəyəri düşür”.

Ekspert əlavə edib ki, həmçinin, bir çox alıcı aldanaraq rəqabət üstünlüyünü sırf aşağı qiymətdə görür:

“Unutmaq olmaz ki, ən ucuz əmlak ən yaxşı əmlakdır demək deyil. Ucuzluğun arxasında çox vaxt ciddi gizli problemlər dayanır.

Əgər mənzil yeni başlayan bir layihədən alınırsa, şirkətin hüquqi sənədlərinə və keçmiş fəaliyyətinə baxılmalıdır. Bu şirkət indiyədək həyata keçirdiyi digər layihələri vaxtında təhvil veribmi, yoxsa gecikmələr olub? Bununla yanaşı, şəhərin və nəqliyyatın inkişaf istiqamətinə (metro, avtobus qovşaqları) diqqət yetirməklə yanaşı, ərazinin mövsümi riskləri də nəzərə alınmalıdır. Yağış mövsümündə həmin ərazini sel və ya su basırmı? Elektrik, qaz, su və kanalizasiya xətləri artan tələbatı ödəyəcək gücdədirmi? Çünki biz əmlakı bir mövsümlük deyil, bütün illər və mövsümlər üçün alırıq. Sonda çox vacib bir faktı da qeyd etmək istəyirəm. Çox zaman bəzi iqtisadçılar bilməyərəkdən passiv yatırım alətləri ilə aktiv yatırım alətlərini bir-birindən ayıra bilmir və onları qarışdırırlar. Aktiv yatırım o deməkdir ki, siz mütəmadi olaraq bu işlə məşğul olursunuz, zamanınızı sərf edirsiniz və risk edirsiniz. Əlbəttə, aktiv yatırımın riskləri ilə yanaşı, gəlirləri də böyük olur. Passiv yatırımda isə zərər etmə ehtimalınız çox aşağı olur, ya az xeyir götürürsünüz, ya da heç götürmürsünüz. Ən böyük risk də budur. Üstünlüyü isə ondan ibarətdir ki, siz buna mütəmadi vaxt sərf etmirsiniz. Yəni bir ev aldınız, onu icarəyə verdiniz. Hər gün gedib o evin qapısını açıb içəridə hansısa iş görmürsünüz. Kirayə vaxtı çatdıqca ödənişinizi alırsınız, yəni passiv gəlir əldə edirsiniz. Müvafiq olaraq, riski az olduğu üçün gəliri də aktiv yatırım alətlərindən aşağı olur. Əmlakı dəyərləndirərkən bu fərqə mütləq diqqət yetirmək lazımdır”.(Demokrat.az)

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az