• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
14-10-2026, 11:21

Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib

Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib



Son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəalların, siyasətçilərin, hətta rəsmi şəxslərin Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında fəal iştirak etməsi açıq müşahidə olunur".

Nyus.Az xəbər verir ki, bu, Media və Yayım Şurasının yaydığı bəyanatda əksini tapıb.

Bildirilib ki, siyasi-ideoloji motivlərlə müşayiət olunan, ictimai rəyin manipulyasiyası və ölkənin daxili məsələlərinə müdaxilə xarakteri daşıyan bu cür fəaliyyət informasiya məkanından sui-istifadənin və ictimai etimadı sarsıtmaq cəhdlərinin qəbuledilməz nümunəsidir.

Eyni orfoqrafik xətalar və yazı üslubu ilə kütləvi paylaşımların olunması, oxşar şərhlərin ardıcıl surətdə "copy-paste" edilməsi, eləcə də ölkəmizə heç bir aidiyyəti olmayan foto və video materialların montaj edilərək yayılması koordinasiyalı şəkildə həyata keçirilən trol hücumlarının primitiv və asanlıqla müəyyənləşdirilən üsuludur.

Paylaşım edənlərin xaricidilli olmasına baxmayaraq Azərbaycan dilində yaradılmış bir həştəqlə qısa zaman ərzində 400-dən çox postun paylaşılması, bir çox hallarda bu məzmunun sadəcə həştəqdən ibarət olması və bir hesabdan dəfələrlə eyni məzmunun tirajlanması bu kampaniyaların manipulyativ xarakterini açıq şəkildə nümayiş etdirir və onların təşkilatçılarına və iştirakçılarına qarşı haqlı ictimai narazılıq və hiddət yaradır.

Müxtəlif anonim hesablar vasitəsilə bu kimi paylaşımların həyata keçirilməsi, habelə neqativ şərh və reaksiyalar vasitəsilə vətəndaşların ictimai qaydanı pozmağa təşviq edilməsi həm Azərbaycan Respublikasının, həm də beynəlxalq qanunvericiliyin tələblərinə tamamilə ziddir və hüquqi məsuliyyət yaradır.

İran və Türkiyədən, xüsusilə "Telegram" və "TikTok" platformaları üzərindən məqsədyönlü informasiya hücumlarının intensivləşməsini informasiya təhlükəsizliyinin qorunması, dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət və dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq prinsipləri ilə uzlaşmayan hal kimi qiymətləndirir və qətiyyətlə pisləyirik.

Həmin ölkələrin media və sosial media seqmentində Azərbaycan haqqında əsassız və qərəzli materialların, Azərbaycan dövlətinin və xalqının ünvanına hədə, təhdid və təhqirin adi hala çevrilməsi, bununla bağlı hakimiyyət orqanları tərəfindən heç bir tədbir görülməməsi ictimaiyyətimiz arasında narahatlıq və ciddi narazılıq doğurur.

Azərbaycan Respublikası Media və Yayım Şurası bir daha vətəndaşları, media subyektlərini və sosial media istifadəçilərini bu cür manipulyativ kampaniyalara qarşı ayıq-sayıq olmağa, həqiqətə uyğun olmayan məlumatların yayılmasında iştirak etməməyə və ölkəmizin nüfuzuna xələl gətirməyə yönəlmiş cəhdlərə qarşı məsuliyyətli və prinsipial mövqe nümayiş etdirməyə çağırır.(Milli.az)

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az