• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 12-10-2026 DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
  • 12-10-2026 Elşən Salahov əslində kimi cəzalandırmalı idi? – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
  • 12-10-2026 Azərbaycanla Slovakiya arasında məxfi məlumatların mühafizəsi haqqında saziş təsdiqlənib
  • 12-10-2026 Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır - (Tam bəyanat)
  • 12-10-2026 Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
  • 12-10-2026 Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
  • 12-10-2026 İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
  • 12-10-2026 Sumqayıtda qanunsuz tikinti qalmaqalı: Qazi adından sui-istifadə iddiaları - VİDEO
  • 12-10-2026 Azərbaycanda maaşlar artıb
  • 12-10-2026 Pulunu dollara dəyişmək istəyənlərin nəzərinə
  • 12-10-2026 Neftin qiyməti kəskin ucuzlaşdı
  • 12-10-2026 Sənədsiz evlərə necə çıxarış almaq olar? - VİDEO
  • 12-10-2026 BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
  • 12-10-2026 Gəncədə ata oğlunu qətlə yetirməkdə şübhəli bilinir
  • 12-10-2026 Trampdan TƏCİLİ BƏYANAT: Rusiya və Ukrayna RAZILIĞA GƏLDİ - Atəşkəs elan edildi
  • 12-10-2026 Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
  • 12-10-2026 Gəncədə 36 yaşlı kişi qətlə yetirildi, şübhəli atasıdır
  • 12-10-2026 Toralın klubu məğlub oldu
  • 12-10-2026 Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var
  • 12-10-2026 Azərbaycanın iki boksçusu Avropa çempionu oldu

XƏBƏRLƏR

    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
    Ağdamda III Beynəlxalq Xankəndi Ultramarafonunun son mərhələsinə start verilib
    Ən bahalı futbolçuların yeni siyahısı açıqlandı
    “Gemini” süni-intellekt çat-botundan pulsuz istifadə məhdudlaşdırılıb
    Premyer Liqanın VII turunda "Sabah" "Neftçi" ilə heç-heçə edib
    Arda Turan Türkiyə millisinin baş məşqçisi təyin olundu
    AFFA UEFA-nın qərarına qarşı çıxıb
Dünən, 17:03

Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...

Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...


Nisyə mal satışı ilə məşğul olan şirkətlərə və fərdi sahibkarlara verilmiş kreditlər üzrə əlavə qiymətləndirmə meyarı müəyyən ediləcək.

Nyus.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.

Mövcud qanunvericiliyə əsasən, aktivlərin keyfiyyət meyarlarına görə təsnifləşdirilməsi müəyyən edilən meyarlar əsasında həyata keçirilir.

Hər bir təsnifat kateqoriyası üçün müəyyən edilmiş meyarlardan (hallardan) biri və ya bir neçəsinin aşkarlanması aktivin həmin təsnifat kateqoriyasına aid edilməsi üçün əsas verir.

Keyfiyyət meyarlarına əsasən eyni aktiv üzrə fərqli təsnifat kateqoriyalarına aid hallar aşkarlandıqda daha aşağı təsnifat kateqoriyası əsas götürülür.

Yeni qərara əsasən, nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə verilmiş kredit üzrə həmin şəxslərin nisyə satış portfelinin ümumi həcmi və alıcılarının sayı barədə banka təqdim etdiyi məlumatlarla kredit bürolarına təqdim etdiyi müvafiq məlumatların bank tərəfindən müqayisəsi nəticəsində hər hansı göstərici üzrə uyğunluğun 90 faizdən az olduğu müəyyən edildikdə aktivlər qeyri-qənaətbəxş aktivlər kateqoriyasına aid ediləcək.

Yəni, nisyə mal satışı ilə məşğul olan şirkətlərə və fərdi sahibkarlara verilmiş kreditlər üzrə əlavə qiymətləndirmə meyarı müəyyən ediləcək.

Belə ki, bank həmin şəxslərin nisyə satış portfelinin ümumi həcmi və alıcılarının sayı barədə təqdim etdiyi məlumatları kredit bürolarına verilən məlumatlarla müqayisə edəcək. Müqayisə zamanı bu göstəricilərdən hər hansı biri üzrə uyğunluğun 90 faizdən az olduğu müəyyən edilərsə, həmin kredit qeyri-qənaətbəxş aktiv kimi təsnifləşdiriləcək.

Məsələn, şirkət banka nisyə satış portfelinin həcmi barədə 100 min manat məlumat təqdim edib, kredit bürosuna isə 120 min manatlıq məlumat veribsə, göstəricilər arasında uyğunluq 90 faizdən aşağı ola bilər. Bu halda kreditin qeyri-qənaətbəxş aktiv kimi təsnifləşdirilməsi üçün əsas yaranır.

Qeyd edək ki, qayda həm hüquqi şəxslərə, həm də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərə verilən kreditlərə aiddir.

Məlumat üçün bildirək ki, aktivlər dedikdə bank tərəfindən verilən kreditlər, geri qaytarılmaq şərti ilə yerləşdirilmiş digər aktivlər, bank tərəfindən qabaqcadan ödənilmiş vəsait, bank işində istifadə olunmayan aktivlər, hüquqi şəxslərin kapitalında iştirak payına vəsait qoyuluşları və balansdankənar öhdəliklər başa düşülür.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az