
ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında enerji obyektlərinə zərbələrin dayandırılmasını nəzərdə tutan təcili atəşkəs elan edib.
Nyus.Az xəbər verir ki, bu barədə Tramp özünə məxsus "Truth Social" sosial şəbəkə hesabında paylaşım edib.
"Bu andan etibarən Rusiya ilə Ukrayna arasındakı müharibədə enerji atəşkəsi qüvvəyə minir. Hər iki tərəf razılaşdı. Onu pozmayın!", – deyə o yazıb.
Ağ Ev rəhbərinin bu gözlənilməz bəyanatından dərhal əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya 60 günlük atəşkəsə razılıq verəcəyi təqdirdə ölkədə yeni prezident seçkiləri keçirməyə hazır olduğunu açıqlamışdı.
Trampın kəskin xəbərdarlıqla elan etdiyi bu qərar müharibənin gedişatında kritik bir dönüm nöqtəsi kimi qiymətləndirilir.(Musavat.com)
Nyus.Az

























