
Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) yeni təyinat olub.
Bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Orxan İsmayılov SOCAR-ın Vitse-prezidentinin müavini vəzifəsinə təyin olunub.
O, bu ilin mart ayından yeni təyinatadək “SOCAR Upstream Əməliyyatların idarə olunması” şirkətinin Strateji idarəetmə məsələləri üzrə icraçı müşaviri vəzifəsində çalışıb.
Ümumilikdə isə 2015-ci ildən bəri SOCAR-da müxtəlif vəzifələrdə işləyib.
Qeyd edək ki, SOCAR-ın hazırda 10 vitse-prezidenti var./nocomment.az/
Nyus.Az


























