
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə şamil edilir.
Nyus.Az Xəzər TV-yə istinadən xəbər verır kı , Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəsmisi Zaur Kərimov bildirib ki, qaydalara əsasən bunun üçün Xidmətə ərizə ilə müraciət olunmalıdır. Sənədlər araşdırıldıqdan sonra icazənin verilib-verilməməsi barədə qərar qəbul edilir. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadənin növlərini də Nazirlər Kabineti müəyyənləşdirir.
Zaur Kərimovun sözlərinə görə, elə fəaliyyət sahələri var ki, onlar su obyektlərindən xüsusi məqsədlər üçün istifadənin növlərinə aid edilmir. Əgər su obyektində boru kəmərləri və kabel xətti çəkilişi həyata keçirilirsə, kiçik həcmli gəmilər istisna olmaqla, gəmilərin su obyektinin akvatoriyasında hərəkəti bu növə aid edilmir.
Sentyabrın 1-dən qüvvəyə minən bu qərar hər hansı adi vətəndaşın gündəlik məişət ehtiyaclarına, əkin-səpininə və ya şəxsi fərdi təsərrüfatına şamil edilmir.
O da qeyd edilib ki, bu qanunun əsas məqsədi sulardan israfçılıqla istifadənin qarşısının alınmasıdır.
Nyus.Az

























