• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-07-2026 Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
  • 22-07-2026 Vətən müharibəsi iştirakçısı vəfat etdi
  • 22-07-2026 MEDİA-nın təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
  • 22-07-2026 Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək
  • 22-07-2026 Xətai Rayon İcra Hakimiyyətində tədbir keçirilib
  • 22-07-2026 Xətai Rayon İcra Hakimiyyətində tədbir keçirilib
  • 22-07-2026 Bakı metrosunda iş rejimi dəyişdirilir
  • 22-07-2026 Prezident İlham Əliyev Rauf Arifoğlunu təltif etdi
  • 22-07-2026 "WhatsApp"dan yenilik: Telefon nömrəsini paylaşmağa ehtiyac qalmayacaq
  • 22-07-2026 Azərbaycan klublarından tarixi rekord...
  • 22-07-2026 Sumqayıtda özəl tibb müəssisəsində yoxlama: Həkim sənədsiz fəaliyyət göstərib
  • 22-07-2026 Sabahın havası açıqlandı
  • 22-07-2026 Ana təbiətə metastaz verən "Hacı sindiromu" - FOTO FAKT
  • 22-07-2026 Abşeron Rayon İcra Hakimiyyəti Digah qəsəbəsində özbaşına tikinti işlərinin ört-basdır etmək istəyir
  • 22-07-2026 Dünyanın ən yaxşı tələbə şəhərləri açıqlandı: Bakı ilk 100-lükdə
  • 22-07-2026 Manatını digər valyutalara dəyişdirmək istəyənlərin nəzərinə
  • 22-07-2026 Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
  • 21-07-2026 "Vital Hospital"da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırmaya başlanılıb
  • 21-07-2026 Prezident İlham Əliyev və Prezident Frank-Valter Ştaynmayer arasında təkbətək görüş keçirilir
  • 21-07-2026 Azərbaycan neftinin qiyməti 93 dolları keçdi

XƏBƏRLƏR

    Azərbaycan klublarından tarixi rekord...
    Sabahın havası açıqlandı
    Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
    Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
    Yamalın atası Messidən gənc imiş
    "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
    Aaron Maluda “Bazel”ə keçə bilər
    “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
    Messidən hamını təəccübləndirən addım
    İspaniyanın mükafatı açıqlandı
15-05-2025, 06:14

Peşə təhsili ilə bağlı statistika və proqnozlar: Əmək bazarını qane edir?

Peşə təhsili ilə bağlı statistika və proqnozlar: Əmək bazarını qane edir?


Azərbaycanda peşə təhsilinə maraq günü- gündən artır. İxtisaslı kadrların hazırlanmasına xidmət edən peşə təhsili müəssisələri hər il məzunlar verməyə davam edir.

Maraqlıdır, ötən il peşə təhsili müəsisələrindən neçə nəfər məzun olub və növbəti ildə bu sayın nə qədər olması gözlənilir?

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyinin PR və Kommunikasiya üzrə sektor müdiri Aytən Səfərəliyeva bildirib ki, 2023/2024-cü tədris ilində peşə təhsili müəssisələrindən 14635 nəfər məzun olub.

Eyni zamanda o qeyd edib ki, 2023/2024-cü tədris ilində 20563 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.

"2024-2025-ci tədris ili üzrə isə peşə təhsil müəssisələrinə 24,823 nəfər qəbul olunub ki, bu da əvvəlki illə müqayisədə 21% artım deməkdir. 2024/2025-ci tədris ilində 17 minə yaxın məzun olacağı gözlənilir",- deyə o vurğulayıb.

Daha çox maraq hansı ixtisaslaradır?

Aytən Səfərəliyeva əlavə edib ki, müraciət sayına əsasən, İKT, iqtisadiyyat, avtomobil sahələri daha çox maraq dairəsində görünür.

"Artan sıra ilə desək, abituriyentlərimiz maliyyə və mühasibatlıq, marketinq, İKT və dizayn sahələrinə öncəlik verirlər.

Xüsusilə, proqramçılar, virtual təhlükəsizlik üzrə mütəxəssislər və data analitikləri kimi peşələrə tələbat yüksəkdir. Bundan əlavə, dizaynerlər, xüsusilə qrafik və interyer dizaynerləri də əmək bazarında tələb olunan peşələr sırasındadır",- deyə o əlavə edib.

Mövzu ilə bağlı Trend-ə danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov isə bildirib ki, hazırda Azərbaycanda peşə təhsili sistemi müəyyən islahatlara baxmayaraq, əmək bazarını kəmiyyət və keyfiyyət baxımından tam şəkildə təmin etmək gücündə deyil:

"Peşə Təhsili üzrə Dövlət Agentliyinin son illərdə həyata keçirdiyi struktur və idarəetmə dəyişiklikləri, modul əsaslı tədris proqramlarına keçid və bir sıra müəssisələrin modernləşdirilməsi müsbət addımlardır. Lakin bu tədbirlər sistemin ümumi performansını əsaslı şəkildə dəyişməyə yetmir. Peşə təhsili müəssisələrinin infrastruktur imkanları, təlimçi potensialı, istehsalat təcrübəsi şəbəkəsi və işəgötürənlərlə əməkdaşlığı hələ də zəifdir.

Rəsmi statistikaya görə, 2023-cü ildə ölkədə 82 minə yaxın şagird peşə təhsili müəssisələrində təhsil alıb, onların yalnız təqribən 32%-i təhsilini bitirdikdən sonra ixtisasına uyğun daimi işə düzələ bilib. Qalanlar ya qeyri-ixtisaslı sahələrdə fəaliyyət göstərir, ya da ümumiyyətlə əmək bazarına daxil ola bilmir. Bu göstəricilər göstərir ki, mövcud peşə təhsili proqramları əmək bazarının real tələblərinə uyğun deyil və əmək bazarının sürətlə dəyişən strukturu ilə ayaqlaşmır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2022-ci ildə yayımladığı hesabatda işəgötürənlərin 58%-i peşə təhsili məzunlarının praktiki bacarıqlarının qeyri-kafi olduğunu bildirib. Bu da onu göstərir ki, peşə məktəblərində nəzəri təlim çoxluq təşkil edir, istehsalat təcrübəsi isə ya kağız üzərindədir, ya da real sektordan təcrid olunmuş formada həyata keçirilir. Bunun əsas səbəbi müəssisə-təhsil əlaqəsinin sistemli şəkildə qurulmaması və peşə təhsilinə dövlət və özəl sektor tərəfindən yetərli investisiya qoyulmamasıdır".

K. Əsədov qeyd edib ki, Azərbaycan Respublikasının "Peşə təhsili haqqında" Qanununun 5-ci maddəsində qeyd olunur ki, peşə təhsili "əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasını təmin etməlidir.

"Lakin qanunvericilikdə bu məqsəd qeyd olunsa da, reallıqda sistemin özəyini təşkil edən maddi-texniki baza və təlimçi hazırlığı hələ bu məqsədə uyğun səviyyədə deyil. Bir çox peşə məktəbində avadanlıq köhnəlib, müasir texnologiyalara əsaslanan laboratoriyalar yoxdur, müəllimlərin özləri də müasir sənaye təcrübəsinə malik deyillər.

Dünya təcrübəsinə nəzər salsaq, Almaniya, İsveçrə və Avstriya kimi ölkələrdə peşə təhsili əmək bazarının əsas tənzimləyici mexanizmlərindən biri hesab olunur. Almaniyanın "dualist sistem"ində tələbələr peşə məktəbində aldıqları nəzəri bilikləri eyni zamanda real müəssisələrdə praktik şəkildə tətbiq edirlər. Bu modeldə işəgötürənlərin peşə təhsilinə birbaşa müdaxiləsi və məsuliyyəti var. Nəticədə, Almaniyada peşə təhsili məzunlarının 85%-i məzun olduqdan sonra altı ay ərzində iş tapır və onların böyük əksəriyyəti ixtisası üzrə fəaliyyət göstərir",- deyə əlavə edib.

"Azərbaycanda da bu modelə keçidlə bağlı pilot layihələr həyata keçirilir. Məsələn, "Sumqayıt Peşə Təhsil Mərkəzi", "Gəncə Dövlət Peşə Təhsil Mərkəzi" kimi müəssisələrdə bir sıra ixtisaslar üzrə dual təhsil modulu tətbiq olunur. Lakin bu tətbiq sistemli deyil və bütün ölkə üzrə ümumiləşdirilmiş nəticə yaratmaq gücündə deyil. Ən böyük çətinlik isə işəgötürənlərin bu prosesi sosial məsuliyyət yox, əlavə yük kimi görmələridir. Dövlətlə özəl sektor arasında müqavilə əsaslı, qarşılıqlı faydaya əsaslanan struktur əlaqə hələ ki, formalaşmayıb.

Müsbət tərəf ondan ibarətdir ki, son illər ərzində bəzi yeni ixtisaslar - "logistika üzrə texnik", "ağır texnika üzrə mexanik", "avtomatlaşdırma üzrə operator", "drone mütəxəssisi" kimi sahələr üzrə proqramlar tətbiq olunmağa başlanılıb. Bu proqramlar əmək bazarının yeni çağırışlarına müəyyən qədər cavab verir. Lakin bu təşəbbüslər geniş yayılmadığından sistemin ümumi keyfiyyətinə hələ təsir edə bilməyib.

Nəticə etibarilə, Azərbaycan üçün peşə təhsili əmək bazarının effektiv tənzimləyicisinə çevrilmək potensialına malikdir, lakin bu, yalnız sistemli, institusional və real sektorla inteqrasiyaya əsaslanan transformasiya ilə mümkün olacaq. Bunun üçün təhsilin maliyyələşmə modeli dəyişməli, özəl sektorun iştirak payı artmalı, müəssisələrin peşə təhsilinə məsuliyyətli tərəfdaş kimi cəlb olunması üçün stimullar (vergi güzəştləri, subsidiyalar) tətbiq edilməlidir. Əks halda, peşə təhsili diplomu olan, amma real bacarığı və iş imkanları olmayan minlərlə gəncin ümidsizliyinə çevriləcək. Bizə kağız üzərində deyil, real istehsalat və xidmət sektorunu təmin edən, çevik və bazara yönəlmiş peşə təhsili sistemi lazımdır" - deyə K.Əsədov vurğulayıb.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az